Konfransın iştirakçılarına qarşı hücum MÜZAKİRƏ EDİLDİ
Türkiyənin Yunus Emrə İnsitutunun rəhbəri Şeref Ateş erməni radikal qruplaşmalarının ABŞ-ın Cənubi Kaliforniya Universitetində təşkil olunan konfransın iştirakçılarına qarşı hücumundan danışıb.
Versus.Az xəbər verir ki, Şeref Ateş Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfrans iştirakçılarına qarşı hücuma münasibət bildirib.
"Amerika polisi universitetin daxilində təhlükəsizlik tədbirlər görüb, girişlər nəzarət altında alınmışdı. Bina daxilində mühafizə yerində idi, amma çöldə belə deyildi. Diplomat olmadığımız üçün Türkiyənin Amerikadakı səfirliyinin göstərişi ilə universitetdən çıxdıq və avtomobillərimizə doğru irəlilədik. Avtomobillərə minəndə bizə hücum etdilər. Amma Türkiyənin ABŞ-dakı səfiri Həsən Murat Mərcan və ABŞ-ın Ankaradakı səfiri Ceyms Cefri bir saat yarım orada qaldılar. Ceyms Cefri Amerikada belə bir hadisənin baş verməsindən kədərləndiyini söylədi. Erməni diasporu universitetə təzyiq göstərir, rektorun istefasını və kafedranın professorlarının qovulmasını tələb edir. Türkiyə Cümhuriyyəti olaraq universiteti, bizi qoruyan diplomatları, tələbələri müdafiə etməli və onlara sahib çıxmalıyıq ki, haqq davamızı bütün dünyaya izah edə bilək" - o söyləyib.
Yunus Emrə İnsitutunun rəhbəri onu da qeyd edib ki, ermənilərin provokasiyalarına, təhdidlərinə baxmayaraq bu konfrans baş tutub:
"Qabaqlayıcı tədbir görərək bu proqramın həyata keçirilməsi çox önəmli və dönüş nöqtəsidir. Türkiyə Cümhuriyyəti olaraq, digər tərəfdən qeyri-hökümət təşkilatı kimi geri addım atmamalıyıq. Erməni dəhşətini, vandalizmi televiya kanallarımızda nümayiş etdirmək lazımdır. Bu mübarizə yalnız prezidentimiz, Xarici İşlər Nazirliyimiz, rəsmi şəxslərin deyil, bütün türk dünyasının mübarizəsidir".
Şeref Ateş vurğulayıb ki, yayılan videolarda da erməni gənclərin yaşlı insanlar, qonaqlar və izləyicilərə hücum etdiyi aydın görünür:
"Bunu dünyaya göstərməliyik, yəni bir tərəfdən terrorçu olacaqsan, vəhşilik və təcavüzkarlıq göstərəcəksən, digər tərəfdən də məzlum rolunu oynayacaqsan. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında son illərdəki güclü əməkdaşlıq xaricdəki diasporu narahat edir, lakin onlar nə qədər narahat olsalar da, biz sakitliyimizi qoruyub Anadolunun müdrikliyini, mədəni zənginliyini bütün dünyaya göstərməliyik".
O, konfransın əhəmiyyətindən də söz açıb:
"Türkiyənin özünü ifadə etməsi, öz arqumentlərini ortaya qoyması üçün çox uğurlu bir konfrans oldu. Amerikalı diplomatlar, tələbələr, elm adamları, alimlər Türkiyənin həm öz ərazisində, həm də Balkanlarda, Qafqazda, Türk və İslam dünyasında artan rolunu və gücünü ifadə etdilər. Ona görə də bütün bunlar erməni diasporunun hücuma keçməsinə səbəb oldu, çünki onların heç bir arqumenti və deməyə sözü yoxdur, ancaq media kanallarından və imkanlarından istifadə edərək görüntülərə senzura tətbiq edərək haqq qazandırırlar. Xüsusilə, erməni liderləri bunu pisləməlidirlər".
Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin rəhbəri Selçuk Karakılıç da məsələyə reaksiya verib:
"Vaşinqton təmsilçiyimizə Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfransı erməni radikal qrupları tərəfindən hədəf alınıb, sözlə və fiziki zorakılığa məruz qalıblar. Erməni vandalizmini pisləyirəm".
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"