Jurnalistlər binasında kommunal xidmətlər DAYANDIRILIR
İyunun 1-dən Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasına “Jurnalist EVİ” MMC tərəfindən göstərilən bütün xidmətlər dayandırılır.
Buna səbəb kimi yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib.
Binanın komendantı Orxan Mehdiyev bildirib ki, binada yaşayan bir sıra sakinlər müntəzəm olaraq göstərilən xidmətlərlə tələb olunan borcları ödəmir:
“Dayandırılacaq xidmətlər lift, xadimə və mühafizədir. Pul yığmağı da dayandıracağıq. Xidmətin dayanıdırılması yığılan borclarla bağlıdır. Dəfələrlə bina sakinlərinə müraciət etsək də, heç bir ödəniş edilmir. Ödəyənlər isə standart, eyni insanlardır”. /Yenisabah.az/
Xəbər lenti
COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ
"Adı Bakı ilə bağlı olan iqlim, maliyyə, ticarət və investisiya təşəbbüsü var"