Deputatlar NATO PA-nın yaz sessiyasında iştirak edəcək

09:41 23-05-2024 | icon 262 | Siyasət
Deputatlar NATO PA-nın yaz sessiyasında iştirak edəcək

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı mayın 24-də NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.

 

Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Sessiya çərçivəsində qurumun Siyasi, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya, Demokratiya və təhlükəsizlik komitələrinin iclası keçiriləcək.

 

Parlament Assambleyasının plenar iclasının gündəliyinə Asiyada iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq, Qara dəniz bölgəsində təhlükəsizlik, İqlim dəyişikliyi problemləri, texnoloji çağırışlar, müttəfiq ölkələr tərəfindən süni intellekt də daxil olmaqla yeni və inkişaf etməkdə olan texnologiyaların tənzimlənməsi və onlardan istifadə üsulları, Dezinformasiya ilə mübarizə və digər məsələlər daxil edilib.

 

Səfər mayın 28-də başa çatacaq.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi