Rusiyadan Paşinyana ağır CAVAB

14:25 23-05-2024 | icon 281 | Dünya
Rusiyadan Paşinyana ağır CAVAB

“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana məğlubiyyətinə görə Rusiyanı günahlandırmağa çalışır”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

 

K.Zatulin Nikol Paşinyanın ötən gün parlamentdə iki KTMT ölkəsini Azərbaycana dəstək göstərməkdə ittiham etməsinə münasibət bildirib.

 

Rusiyalı deputat baş nazirin sadəcə məğlubiyyətin günahını Rusiyaya atmağa çalışdığını qeyd edib:

 

“Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışan yalançı və əclafdır. Uğursuzluğa düçar olur, özündən əvvəlki hakimiyyətlərin və erməni xalqının uğrunda mübarizə aparıdığı hər şeyi itirir. Düşünürəm ki, Paşinyan iki ölkə deyəndə Rusiya və Belarusu nəzərdə tutur”.

 

Xatırladaq ki, Nikol Paşinyan ötən gün parlamentdə iki KTMT ölkəsinin 2020-ci ildə müharibədə Ermənistana qarşı müharibəyə dəstək verdiyini deyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi