Himayədar ailə institutunun inkişafına hədəflənən TƏDBİR

14:56 25-05-2024 | icon 403 | Cəmiyyət
Himayədar ailə institutunun inkişafına hədəflənən TƏDBİR

Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlər davam edir. May ayının 23-də belə bir tədbir Nizami Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova, Nizami Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olunmuş uşaqlarla iş departamentinin şöbə müdiri Elnarə Cavadova, həmin departamentin aparıcı mütəxəssisi Ülkər Heydərova, təhsil müəssisələrin rəhbərləri, psixoloqlar iştirak ediblər.

 

Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova bildirib ki, “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. K.Həsənova qeyd edib ki, “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır  və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər:

 

“Övladlığa götürmədən fərqli olaraq “himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır, uşaq ailənin varisi sayılmır. Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər”.

 

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olunmuş uşaqlarla iş departamentinin əməkdaşları tərəfindən video formatda təlim keçirilib, himayədar ailə modeli, onun tətbiqi, bununla bağlı qanunvericilik bazası, qarşıya çıxan problemlərin həlli yolları və digər məsələlər barəsində məlumatlar verilib.

 

Müzakirələrlə davam etdirilən tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb. Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin rayonun aidiyyəti üzrə müəssisə və təşkilatlarında da keçirilməsi qərara alınıb.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı