Seçkilərin azad, demokratik keçiriləcəyinin qarantı…
Ağasif Şakiroğlu: “5 min imzanı toplaya bilirsə, o insanın 50 faizi potensial kadrdır”
“İqtidarlı-müxalifətli 26 partiyadan 25-nin vahid formada, heç bir xarici təsir olmadan masa arxasında oturaraq müzakirələr aparması mühüm hadisədir. Parlament seçkiləri öncəsi belə görüşün kerçirilməsi həm də qarşıdan gələn seçkilərin azad, demokratik keçiriləcəyinin bir qarantıdır”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.
Partiya sədri vurğulayıb ki, həmrəylik, milli birlik və ölkəmizin sabit inkişafı üçün mühüm işlər siyasiləri bir araya toplayır. Qeyd edib ki, bu, Azərbaycanda siyasi partiyalar arasında siyasi münasibətlərin dialoqun olmasının açıq nümunəsidir:
“Eyni zamanda 2020-ci ildən bu yana konstruktiv yanaşma ilə bərabər sağlam münasibətlərin formalaşmasına yönəlik bir növ hesabat tədbiridir. Üstəlik, bu, diqtə prinsipi ilə yaşayıb özlərini bütün ciddi siyasi proseslərdən izolyasiya etmiş şəxslərin siyasi fiaskosudur”.
Partiya sədri bildirib ki, qeydiyyata alınmaları üçün tələb olunan 5 min imazanı toplayan siyasi partiyalar seçkilərə hazırdır:
“Əgər bir partiya dövlət qeydiyyatına alınması üçün 5 min imzanı toplaya bilirsə, o 5 minin insanın 50 faizi potensial kadrdır. Eləcə də iqtidar müxalifətin dövlət orqanlarında iştirakında maraqlı olmalıdır. İqtidar bələdiyyələrdə, parlamentdə müxalifətin çoxluqda olmasından çəkinməli deyil. Çünki bu gün meydanda olan siyasi partiyalar milli dövlətçiliyi özündə birləşdirən, dərk edən partiyalardır”.
LƏMAN
versus.az
Xəbər lenti
Aliment üçün nikaha xitam verilməsi mütləq deyil
Tərəflər nikah müddətində olduğu zaman da aliment məhkəmə qaydasında...