Cavanşir körpüsü tarixə QOVUŞDU

07:17 05-07-2024 | icon 192 | Sosial
Cavanşir körpüsü tarixə QOVUŞDU

Yerində inşa ediləcək yol nə zaman istifadəyə veriləcək?

 

Cavanşir körpüsü artıq tarixə qovuşub. İndi hər kəsi maraqlandıran suallardan biri körpünün yerində inşa ediləcək yolun nə zaman istifadəyə verilməsidir.

 

Bəs hazırda həmin ərazidə işlər hansı mərhələdədir? Ora üçün konkret layihə varmı və həmin layihədə nələr nəzərdə tutulub?

 

Versus.Az xəbər verir ki, ərazidə bir tərəfdə yol yatağı hazırlanır, digər tərəfdə isə ehtiyat elektrik naqillərinin keçirilməsi üçün borular çəkilir.

Demək olar ki, artıq körpünün bütün tullantıları daşınıb və təmizlik işləri davam edir.

Bütün işlər ətrafda olan yaşıllığa zərər vermədən aparılır. Burada bir neçə metrlik ərazidə birqat yol yatağının inşası yekunlaşıb. Asfaltlanma üçün hazırlıqlar gedir.

 

Məlumata görə, hazırda ərazidə infrastrukturun qurulması üçün bir neçə layihə təqdim edilib. Onlardan ən optimalı bu yaxınlarda qəbul edilib və işlər həmin layihəyə uyğun aparılır.

 

Burada yaşıl zonanın, həmçinin bulvar istiqamətində də rahat hərəkət üçün əlavə keçidlərin olması nəzərdə tutulur. Bütün işlərin növbəti 3 ay ərzində yekunlaşdırılması hədəflənir.

 

Ətraflı “Xəzər Xəbər”in süjetində:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi