"Bu adətdir, ibadət deyil"

12:06 16-07-2024 | icon 526 | Cəmiyyət
"Bu adətdir, ibadət deyil"

Tural İrfan: “Uşaqları bu adətlərə alət etmək cinayətdir və dini cəhətdən günahdır”

 

“Məhərrəmlik ayında Aşura günü və keçirilən digər ayinlərin heç biri ibadət hesab olunmur. Bu adətdir, ibadət deyil. Böyüklərin belə ayinlərdə iştirakı nə qədər vacib deyilsə, uşaqların da o mərasimlərə aparılması yolverilməzdir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.

 

Onun sözlərinə görə, Aşura günü və digər ayinlərlə bağlı keçirilən məclislərdə xürafat işləri görülür:

 

“Zəncir, sinə vurmaq, mərsiyələr söyləmək kimi hallar uşaqların psixologiyasına çox mənfi təsir edir. Uşaqlar böyüyəndə islamı qara, matəm obrazında təsəvvür edirlər. Uşaqların dinimizlə bağlı o qədər məlumatları olmadığı üçün onların bu yaşda o mənzərəyə şahid tutulmaları tamamilə yanlışdır. Ata-babalardan bilirik ki, uşaqları toylara, şənliklərə aparsaq da, yasa aparmırlar. Çünki bu, uşaq psixologiyasında travma yaradır”.

 

T.İrfan bildirib ki, imam Hüseyn islam ümmətinin öndəridir, tarixi şəxsiyyətdir. Onun şəhadətini hər bir müsəlman qeyd etmlidir, o tarixi yaşatmalıdır:

 

“Amma belə ayinlərin keçirilməsi nə İmam Hüseynə, nə də islam dininə xidmət eləmir. Bunlar siyasi məqsəd və başqa sünnü dövlətlərə təsir göstərmək üçün meydana gəlib. Səfəvilər bunu mənimsəyənə qədər, yəni 500 il əvvəl bizdə belə mərasimlərin keçirilməsinin, dizə, sinəyə vurmanın izləri yoxdur. Səfəvilərin özünün təriqətində də bu mərasimlər sazla, aşıqla keçirirdi. Bu gün ələvilər Türkiyədə Aşuranı bu cür qeyd edirlər. Aşura günü hədik bişirir, sazla, xüsusi səma rəqsləri ilə qeyd edirlər. İnanırlar ki, imam Hüseyn şəhid olub, xoşbəxtdir, onun üçün ağlamaq lazım deyil. Amma farslar bunu vay-şüvənə çeviriblər. Çünki farslar axirət dünyasına inanmırdılar. Düşünürlər ki, İmam Hüseyn öldü, yox oldu, ona ağlamaq lazımdır. Amma biz türklər islamdan əvvəl, tanrıçı dinində həmişə axirətdə, ruhun yaşadığına inanmışıq”.

 

T.İrfan bütün hallarda uşaqların belə xürafatçılıqdan uzaq tutulmasını vacib sayıb. Onun fikrincə, uşaqları bu adətlərə alət etmək həm cinayətdir, həm də dini cəhətdən günahdır.

 

TAHİRƏ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi