Fransanın Makron hakimiyyəti altında həmin “dalan" siyasəti

13:30 30-07-2024 | icon 557 | Siyasət
Fransanın Makron hakimiyyəti altında həmin “dalan" siyasəti

Ramil Hüseynov: "Ermənistanla Fransanın siyasi xətlərində fərq yoxdur"

 

“Bu gün də görünən odur ki, Dövlət başçımızın zamanında "Ermənistan, sən dalansan" ifadəsini işlətməsi təsadüfi deyildi. Bu gün Qafqazın dalanı Ermənistandırsa, Avropanın dalanı Fransadır. Fransa Makron hakimiyyəti altında həmin “dalan siyasəti”ni yürüdür. Və Olimpiya Oyunlarında o siyasətini bir daha göstərdi”.

 

Bunu Versus.az-a "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Fransanın ev sahibliyi etdiyi Olimpiya Oyunlarının açılışında Azərbaycana qarşı sərgilədiyi aqressiya və təxribatçı çıxışlarla bağlı açıqlamasında bildirib.

 

R.Hüseynov qeyd edib ki, vaxtilə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransa Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində 30 illik gözləntilərimizi puça çıxartdı. Onun sözlərinə görə, Fransanın Azərbaycana qarşı qərəzli münasibəti əvvəldən bəlli olsa da, siyasətçilərimiz etiket qaydalarına və beynəlxalq hüquqa, ədalətə güvənərək milli maraqlarımızı önə çəkməklə Fransanın ədaləti tanıyacağını gözlədi və buna təmkinlə yanaşdı.

 

Mərkəz rəhbəri bildirib ki, hansı dövlətlərin, kimlərin oyunlarından, riyakarlıqlarından asılı olmayaraq, Azərbaycan qarşısına qoyduğu dövlət maraq və məqsədlərinə çatıb və onu pozamağa çalışanlara deyəcək sözü, gücü var:

 

“Bu gün Azərbaycanın öz torpaqları üzərində zəfərini həzm edə bilməyən Fransa öz içində olan kin-küdurəti gizlədə bilməyərək açıq hücuma keçib. Fransa dünyaya, bəşəriyyətə sülhü təqdim edən idman yarışlarını belə öz aqressiyasının meydanına çevirmək istəyir. Fransanın Azərbaycana qarşı mövqeyi, Olimpiya oyunlarında siyasi mədəniyyətszlik nümayiş etdirməsi dünyanın gözü qaşısında baş verir. İdman sülhə çağırış, inteqrasiya, birlik deməkdir. Bu cür mədəni oyunların siyasi mədəniyyətsiz olan ölkədə keçirilməsi xoş deyil”.

 

Mərkəz rəhbəri qeyd edib ki, Ermənistanla Fransanın siyasi xətlərində, düşüncələrində fərq yoxdur:

 

“Hər ikisi işğalçı, haqsız, qərəzli mövqe sərgiləyir. Belə olmasaydı, Fransa 30 il ərzində Qarabağ münaqişəsinin həllində hər hansı təşəbbüsdə bulunardı. Avropanın mərkəzində guya demokratik prinsiplərə, dəyərlərə sığınan ölkə kimi özünü təqdim edən Fransanın insan hüquqlarının təməl prinsiplərinə, ərazi bütövlüyünə bu cür etinasız yanaşması doğru deyil, riyakarlıqdır. Hesab edirəm ki, demokratik dəyələrə xidmət edən, ədalət hissi olan bütün ölkələr Fransanın bu mövqeyinə qarşı çıxmalı, bu dalanbazları işğal təfəkkürünə görə nəzarətə almalıdırlar. Azərbaycan siyasi, iqtisadi hərbi baxımdan böyük körpü dövlətə çevrilib. Prezidentin Azərbaycanın indiki mövqeyini ifadə edərkən dediyi - “bu elə böyük zirvədir ki, bundan yüksəyi yoxdur” sözlər əslində bu günün reallığını dünyaya mesaj etmişdi.

Ermənistan və havadarları öz çirkli niyyətləri ilə siyasi baxımdan özlərini elə bir pis vəziyyətə salıblar ki, çox aşağıda qalıblar. Bunu dünya dövlətləri də görür. Azərbaycanın yolu isə inkişaf, mütərəqqi, dünya hüququ prinsiplərinə söykənən yoldur”.

 

R.Hüseynov Olimpiyadada qələbə çalan idmançılarımızı təbrik edərək, bu qələbənin də Fransa və digər ikilistandartlı çıxışları ilə diqqət çəkən dövlətlərə açıq cavab adlandırıb. Onun sözlərinə görə, Azərbaycana qarşı qərəzli, təxribatçı çıxışlara baxmayaraq, Azərbaycan idmançıları Azərbaycan bayrağı və himnimizin sədaları altında dünyanı ayağa qaldıracaq, ölkəmizin dövlət dəyərlərinə ehtiram göstərmələrini tələb, təmin edəcək:

 

“Fransa kimi ölkələrin bizə qarşı mövqeyi bundan sonra da davam edəcək. Amma Azərbaycana qarşı mövqeyi tamamilə fərqli, tərəfdaş, qardaşlıq münasibətlərində olan ölkələrimiz də var. Eyni zamanda Azərbaycanın düzgün hədəfləri, siyasi uğurları, diplomatik aktivliyini qəbul etməyən dövlətlər daim öz qərəzli çıxışlarında davam edəcəklər. Dövlət başçımız da bəyan edib ki, heç kəs bizim dövlət işinə qarışa bilməz. Bu gün Fransanın attığı addımlar məsuliyyətsiz, gələcəkdə heç bir prespektivi olmayan addımlardır. Dünyada bir çox ölkələr Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqlarla barışırlar. Yeni reallığı qəbul edən ölkələr Azərbaycanla siyasi münasibətlərini davam edirlər. Bu bizim üçün vacibdir və buna üstünlük verməyimiz yüksək qiymətləndirilməlidir. Biz çalışmalıyıq ki, Prezidentin də dediyi kimi zirvələrə qaldırdığımız bir ölkəni bundan sonra da o zirvədə saxlayaq. Fransanın bizə qarşı çıxışları dalanda duracaq. Fransa öz əməllərinin şokunu yaşayacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY