Avropa və Qərbin siyasi tərbiyəsizliyi

13:45 27-07-2024 | icon 597 | Siyasət
Avropa və Qərbin siyasi tərbiyəsizliyi

Ramil Hüseynov: “Azərbaycandan üzr istəyib qərəzli mövqelərində dəyişiklik etməlidirlər”

 

“Qərbin, Avropanın bəzi təsisatları, hegemon dövlətləri özlərinin region maraqları üçün Azərbaycana qarşı daim qərəzli mövqedə olub, terrorçu, vandal Ermənistanı dəstəkləyiblər. Azərbaycana qarşı hər zaman qərəzli mövqedə olan ölkə rəhbərlərinin siyasi dərketmə qabiliyyətləri varsa, siyasi şüurları normaldırsa, rəsmi şəkildə Azərbaycan dövlətindən, xalqından üzr istəyib ölkəmizə qarşı qərəzli mövqelərində dəyişiklik etməlidirlər”.

 


Versus.Az xəbər verir ki, bunu açıqlamasında “Yeni Xətt” siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

 

R.Hüseynov qeyd edib ki, Qərbin, Avropanın bəzi təsisatları və dövlətləri həmişə Azərbaycana qarşı iklistandartlarla çıxış edib. Onun sözlərinə görə, məlum beynəlxalq təsisatların, dövlətlərin 30 il ərazilərimizi işğal altında saxlayan terrorçu qüvvələrə dəstək vermələrinin, onların yanında olmalarının şahidiyik və Azərbaycanın işğalçı üzərində zəfərindən sonra ritorikaları dəyişsə də, mövqe eynidir.

 

Mərhkəz rəhbəri hesab edir ki. Azərbaycana qarşı bu cür qərəzli mövqeyi olan siyasi təşkilatların münasibətlərinə qarşılıqlı cavab verilməlidir. O, bu kontekstdə Azərbaycanın növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasını dəvət etməməsini doğru qərar hesab edib. Bildirib ki, bu, AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə adekvatdır:

 

“Biz torpaqlarımızı işğaldan azad etməklə beynəlxalq ədaləti, hüququ, haqqı bərpa etdik. O dəmir yumruq bir çoxunun başını zədəliyib, beynində dəyişikliklər yaradıb. O dəyişiklikləri müsbət məcraya çevimək üçün Dəmir Yumruq zərurətdir və bu, mütləq möhkəmlənməli, güclənməlidir. Xalq olaraq gücümüzü o yumruqda birləşdirib, siyasi etimadımızla bu yumruğu dəstəkləməklə bu gün bu qələbələrə böyük tarixi hadisələrə, nailiyyətlərə nail olmuşuq. 30 il, Prezidentin də vurğuladığı kimi 1992-ci ildə Amerikanın ölkəmizə qarşı sanksiyalar tətbiq etməsi, azərbaycanlıların insanlığa sığmayan qəddarlıqla öz doğma ata-baba yurdundan qovulmasına baxmayaraq belə bir mövqeyinin eyni ssenari ilə gedişatını görürük. Bu gün o qüvvələr yanımızda olmadıqları üçün üzr istəməkdənsə, yenə də öz qərəzli mövqeləri ilə Ermənistana müxtəlif silahlar təqdim edir, maliyyə yardımı verirlər. Bu da Ermənistanı sülhdən yayındırır. Amma bütün bunlar Azərbaycanı tutduğu siyasi kursdan çəkindirməyəcək. Bizim öz yolumuz, məqsədimiz var. Artıq ənənəvi ittifaqlar zəifəyib və yeni əməkdaşlıq formatları yaranır. Hesab edirəm ki, bu proses müsbət mənada öz effektivliyini və nəticəsini verəcəkdir. Çünki bundan başqa yol yoxdur. Ölkə başçımızın son zamanlar istər Londonda, istər digər ölkələrə olan səfərləri, beynəlxalq təşkilatlarda bu kontekstdə etdiyi çıxışları və səsləndirdiyi ifadələr dünyaya dəyişikliyin getdiyini göstərən mesajdır”.

 

R.Hüseynov hesab edir ki, dünyada ədalətli idarəetmə metoduna keçid dövrünün yaradılması üçün münbit siyasi şərait yaradılıb. Bildirib ki, dünyaya ədalətli mövqeyin gətirilməsinə, beynəlxalq hüququ, haqqı tanıyan yeni təşkilatların yaranmasına ehtiyac var və proses artıq başlayıb. Onun fikrincə, qərəzli ölkələrin Azərbaycana qarşı hansısa formada addımlar atması çox gülüncdür. Və bu qərəzin bütün dünyada nümayiş etdirilməsi onların öz ədalətsizliklərini nümayiş etdirməsidir:

 

“Düşünsünlər ki, Azərbaycan xalqının başına gətirilən bu cinayətlərdə, soyqırımlarda bilavasitə əlləri, çirkin siyasi düşüncələri var. Bu, bizə qarşı beynəlxalq cinayətdur. Bu beynəlxalq cinayəti də aradan qaldırmaq üçün ilk olaraq özləri addım atmalıdılar. Təəssüflər olsun ki, bu gün hələ də əksini görürük. Azərbaycanın yürütdüyü müstəqil siyasəti, torpaqlarının talanmasını, insanların soyqırıma məruz qalmasını görməzdən gəlməyin özü bir siyasi tərbiyəsizlikdir. Bu Qərbin, Avropanın mövqeyidir. Amma əminik ki, bu gün milli maraqlarımızı, milli mənafeyimizi və dünyada baş verən prosesləri diqqətlə izləyəib proqnozlaşdıran, Azərbaycanın maraqları üçün əlindən gələni mükəmməl formada həyata keçirən bir siyasi rəhbərliyimiz var. Biz uzun illərdən bəri bu münasibətlərin aradan qaldırılması üçün müəyyən işlər görmüşük”.

 

R.Hüseynov qeydedib ki, bu gün erməni separatçılarının aktivləşməsi, hərbi təxribatlar regionda maraqlı olan, regionu özünün nəzarəti altında idarə etmək istəyən Avropanın, Qərbin ona hərbi, siyasi dəstəyi ilə bağlıdır:

 

“Lakin Azərbaycanın istədiyimiz kimi qəbul olunması siysi zərurətdir və Fransadan, Hindistandan alınan silahlar, Avropa İttifaqından verilən 10 milyon avro, İranla bağlanan 500 minlik hərbi müqavilə Dəmir yumruğumuzun daha da möhkəmlənməsini tələb edir. Zərurət yaranırsa bu Dəmir Yumruq onlara baha başa gələcək”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı