Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO
Səxavət Məmmədov: “Məktəbimizin və rayonumuzun uğurları ötən illərdən dəfələrlə üstün olub”
Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyəcanla gözlənilən, xüsusi qayği və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərləyəcək və beləcə, ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.
Bütün təhsil ocaqlarında olduğu kimi, Ağcabədi şəhər, Taxta körpü qəsəbəsində yerləşən Laçın şəhər 37 saylı tam orta məktəbdə də Bilik Günü təntənəli şəkildə qeyd edildi.
Öncə Dövlət himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səxavət Məmmədov şagirdləri, valideynləri, pedaqoji kollektivi və qonaqları salamlayaraq, onlara yeni tədris ilində uğurlar arzulayıb.
2018-2019-cu tədris ilinin direktoru olduğu məktəb üçün bir neçə uğurlarla yadda qaldığını deyən S.Məmmədov qeyd etdi ki, məktəbi bitirən 26 nəfər 11-ci sinif şagirdindən 18 nəfər tələbə adını qazanıb:
“Bu da məktəbimizin müəllim kollektivi üçün böyük nailiyyətdir. O cümlədən, məktəbimizin və rayonumuzun uğurları ötən illərdən dəfələrlə üstün olub”.
Səxavət Məmmədov ölkəmizdə aparılan təhsil islahatlarından, təhsilə göstərilən diqqət və dövlət qayğısından danışıb, Prezident İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.
Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri, rayon icra hakimiyyətinin sədr müavini İlqar İlyasov çıxış edərək, rayon icra başçısı Aqil Nəzərli adından məktəbin direktoru başda olmaqla bütün müəllim kollektivini, şagirdləri və müəllimləri yeni tədris ili münasibətilə təbrik etdi, tələbə adını qazanmış məzunlara uğurlar arzuladı.
Sonra “Bilik günü”nün ilk zəngi çalınıb və birincilər böyük sevinclə sinifə daxil olublar.
“1b” sinifinin müəlliməsi Elyanə Zeynalovanın sinif otağında birincilərə xoş arzularını diləyən İlqar İlyasov uşaqlara səhərlər yuxudan tez durmağı, məktəbə vaxtında gəlməyi, dərslərində fəal olmağı tövsiyyə edib.
Sonra 1-ci sinif şagirdləri - Fidan, Zəhra, İsgəndər və Əbülfət Azərbaycana, anaya, Vətənə və müəllimə aid şeirlər söyləyiblər.
A.Zeynallı
Versus.Az
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi