İnternet asılılığı şagirdləri necə şikəst edir?

18:26 27-09-2019 | icon 661 | Təhsil
İnternet asılılığı şagirdləri necə şikəst edir?

Bu gün müasir təlimdən danışanda internet resurslarının rolunu vurğulayırıq. Bəs necə etmək lazımdır ki, şagirdlər internetdən istifadə edərkən vaxt itkisinə yol verməsi?

 

Versus.Az AzEdu.az- a istinadla xəbər verir ki, mövzu ilə bağlı  danışan metodist Fəxrəddin Yusifov qeyd edir ki, informasiya cəmiyyətində, informasiya bolluğu içində yaşamaq doğurdan çətindir. İnternet resursları kifayət qədər zəngin olduğuna görə vaxt itkisi qaçılmaz olur.

 

“İstər məktəbli, istərsə də böyüklər olsun, əvvəlcədən informasiya axtarmaq mədəniyyətinə yiyələnməsələr, lazım olan materialları vaxtında tapıb istifadə edə bilməyəcəklər. Məsələn, şagird Nizami Gəncəvi mövzusunu axtarmalıdırsa, internetə qoşulmamışdan əvvəl konkret nəyi axtardığını  planlaşdırmalıdır. Əks halda, mütləq vaxt itkisinə səbəb olacaq. Təbii ki, 3-4 saat internetdə vaxtını itirəndən sonra görəcək ki, heç nəyə nail olmadı”.

 

O qeyd edib ki,  informasiya məsələlərinə yiyələnmək dövrümüz üçün  bir nömrəli məsələdir. İnformatika fənni bu məsələdə mühüm rol oynayır:

 

"İnternet resurslarında şagirdin kənara yayınmaması üçün bir ipucuda var ki, onlar informatika fənni keçirlər. Buna görə də onlar internetdə işləmək bacarıqlarına yiyələniblər. İnternetdə işləməkdə vaxt itirmirlər. Yeganə tələb odur ki,  internetə daxil olmamışdan əvvəl planlaşdırmalıdır. Şagird bilməlidir ki, internetə niyə girir”.

 

Metodist  bildirib ki, internetə qoşula bilməyən bölgələrdə, xüsusilə dağ kəndlərində də  müəllimlər dərsliklərlə kifayətlənməli deyil:

“Dərsliklər minimum bilikləri vermək üçündür. Bu gün təkcə dərsliklərlə kifayətlənmək mümkün deyil. Əlavə resurslar tədrisə cəlb edilməli, şagirdin bilik mənbələri genişləndirilməlidir”.

 

Şəhərdəki təhsillə kəndəki təhsil fərqini azaldacaq yeganə qaynaqlardan biri internetdir. Kompüterin üstünə ağ pərdə salıb onu tozdan qorumaq lazım deyil, o şagirdlərin ixtiyarına verilib

 

Təlimçi müəllim Bəhmən Məmmədov internet resurslarının müsbət və mənfi cəhətlərindən danışıb:

“İnternet insanların unutduğu, unutmaq istədiyi, unudacağı bütün məlumatların bazasıdır. Biz bir “tıkla” dünyadakı bütün məlumatları əldə edə bilirik. Şagirdlər qlobal dünyanın bir fərdi kimi böyüyür. Artıq dünya kiçik bir kənddir. Yəni bu gün Amerikada  bir hadisə baş  veribsə, Koreyada   nəsə kəşf edilibsə, şagird onu anında, evində oturaraq izləyə bilir. Öyrənmə müddətində vaxt itkisinin qarşısını alır. Məsələn, bir şagird kitabxanaya getmək üçün yola, kitab axtarmağa, oxumağa vaxt sərf etməlidir”.

 

O qeyd edib ki, bütün bunlarla yanaşı internetin mənfi cəhətləri də var. Şagird  əlavə mənbələrdə axtarış üçün vaxt itirir. Müəllimlərin çoxu sılka şəklində qaynaqları versə də, şagird bəzən onunla kifayətlənmir, əlavə qaynaqlara baxır:

“Bu zaman onun qarşısına neqativ hallar da çıxa bilər. Bunun üçün psixoloqlar, fənn müəllimləri şagirdləri  maarifləndirilməlidir. Təbii ki, şagirdin öz fərdi xüsusiyyətləri də müəyyən rol oynayır. Şagird hər zaman vicdanı ilə baş-başadır. Adi hallarda o doğru addım atmırsa, ona hər şey hazır şəkildə təqdim olunsa da, yenə də problem yaranacaq. Onlarla maarifləndirici seminarlar, layihələr, tədbirlər keçirilməsə, bu problem olaraq da qalacaq".

 

B.Məmmədov vurğulayıb ki, təkcə şagirdlər deyil, böyüklərdə də internet asılılıq yaradıb. Həftənin 168 saatının 10 saatın internetdə keçiririk. Bu da yuxusuzluq, yaddaşsızlıq yaradır:

“Bu vərdişə çevriləndə şagird depressiyaya düşür, stressli ruh halında olur. Hətta əvvəlki hobbilərindən də uzaqlaşır. Məsələn, əvvəl musiqini, idmanı mütaliəni sevirdisə, artıq onlara zamanı qalmır. Vaxtını internetdə gəzişməklə xərcləyir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...