Yeni dərsliklərin hazırlanması ilə bağlı iclas keçirilib

11:02 04-10-2019 | icon 383 | Təhsil
Yeni dərsliklərin hazırlanması ilə bağlı iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni dərsliklərin hazırlanması ilə bağlı iclas keçirilib.

 

Aİİ-dən Versus.Az-a verilən məlumata görə, institut rəhbərliyi, müəllim və əməkdaşlarının iştirak etdikləri tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Aİİ rektoru Ceyhun Məmmədov iclasda çıxış edərək bildirib ki, müasir dövrdə cəmiyyətimizin davamlı inkişafında təhsilin və elmin rolu böyükdür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın modernləşdirilməsi, təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. C.Məmmədov vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da din təhsili sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

 

Rektor qarşıda duran vəzifələr haqqında danışarkən, Aİİ-nin müəllimləri tərəfindən hazırlanan dərsliklərin nəşrinin önəmindən bəhs edib. O, qeyd edib ki, tədris olunan fənlər üzrə dərsliklərin bir neçəsi artıq hazırdır və pilot layihə olaraq tələbələrə təqdim olunub. Bu vəsaitlərin müvafiq sahə mütəxəssisləri tərəfindən hazırlanmasına xüsusi diqqət edildiyini bildirən rektor vurğulayıb ki, kitablarda Azərbaycan həqiqətləri, tolerant və multikultural mühit nəzərə alınmalı, dil normalarına riayət edilməli, ifadələr düzgün seçilməlidir.

 

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov dərs vəsaitlərinin yazılması zamanı diqqət ediləcək məsələlərə toxunub. Qeyd edib ki, tədrisin sistemli və şəffaf olması üçün dərsliklərin nəşr edilməsi vacibdir. Vurğulayıb ki, dərslik proqrama uyğun yazılmalı, mövzuları tam əhatə etməlidir. Eyni zamanda, sadə və elmi üslubda qələmə alınmalı, məzhəblərüstü yanaşmaya xüsusi diqqət yetirilməli, dərslik akademik tədqiqatdan fərqlənməlidir.

 

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov tələbələrin şəxsi və elmi inkişafına yönələn işlərin görülməsi ilə bağlı məsələlərə toxunub. Bildirib ki, hər bir müəllim və əməkdaş çalışmalıdı ki, tələbələrimizə dərslərində, gələcək karyeralarının qurulmasında, dünyagörüşünün zənginləşdirilməsində köməklik göstərsin, ümumi inkişafına töhfə versin.

İclas müzakirələrlə davam etdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...