Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisinin iştirakçısıdır

11:20 08-10-2019 | icon 413 | Təhsil
Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisinin iştirakçısıdır

Oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XIII Azərbaycan Beynəlxalq Təhsil sərgisi “EduExpo”nun iştirakçısı olan Azərbaycan Universitetində sərgi ilə bağlı hazırlıq işləri davam edir. Beynəlxalq təhsil sərgisində ardıcıl olaraq ikinci ildir ki, iştirak edən Azərbaycan Universiteti E1122 saylı stenddə təmsil olunacaq. Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.

 

Azərbaycan Universiteti sərgidə “MiniLab” ilə iştirak edəcək. İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri 3 gün ərzində laboratoriya işləri yerinə yetirəcək və sərginin yekununda işlərini nümayiş etdirəcəklər.

 

Bundan əlavə stendin ziyarətçiləri Azərbaycan Universitetində tədris olunan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, maddi-texniki bazası, elmi fəaliyyəti və uğurları, akademik heyəti haqqında məlumat ala biləcək, onları maraqlandıran suallarla universitet əməkdaşlarına müraciət edə biləcəklər.

 

Stenddə professor-müəllim heyətinin kitab, monoqrafiya və dərs vəsaitləri, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələrinin hazırladıqları robot və elektronika cihazları da nümayiş olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkədə təhsil sahəsində ən mühüm tədbirdir, peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır. Sərgi 2018-ci ildə dünyanın 12 ölkəsindən 135 şirkəti qəbul edib, 12 minə yaxın ziyarətçi ekspozisiya ilə tanış olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI