AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

17:51 17-10-2019 | icon 822 | Təhsil
AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

“Ölkə prezidenti cənab İlham Əliyevin cari ilin yanvarından başlayaraq sosial sferaya aid qəbul etdiyi qərarlar, imzalanan sərəncamlar sosial-iqtisadi siyasətin dövlətin əsas prioritetlərdən biri olduğunu təsdiqləyir. Ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirilən işlərin miqyası gündən-günə genişlənir və bu tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. Yaxşı bir haldır ki, əhalinin bütün təbəqələrini əhatə edən sosial islahatlar paketində təhsil işçiləri də xüsusi yer tutur”.

 

Bu barədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumatda bildirilir.

 

Məlumatda bildirilir ki, yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı verilən qərarlar bu islahatların tərkib hissəsidir. Bu qərara əsasən müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb.

 

Qeyd edilir ki, bu addım təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına hesablanıb. Eyni zamanda bu qərar kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə, bütövlükdə təhsil müəssisələrinin inkişafına müsbət təsir edəcək.

 

Məlumatda o da vurğulanır ki, Nazirlər Kabinetinin bu qərarı AzMİU kollektivi tərəfindən də məmnunluqla qarşılanıb. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova bu qərardan irəli gələrək müəllimlərin əmək haqlarının orta hesabla 25 faiz, işçilərin maaşının isə 20 faiz artırılması barədə əmr imzalayıb.

 

Ağanisə Soltan
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...