Thsil Nazirliyində Kubok TRİZ 2019 Beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

11:37 18-10-2019 | icon 854 | Təhsil
Thsil Nazirliyində Kubok TRİZ 2019 Beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

Oktyabrın 17-də Təhsil Nazirliyində Kubok TRİZ 2019 Beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib.

 

Müsabiqənin məqsədi - məktəblilərin, tələbələrin, müəllim heyətinin və mütəxəssislərin arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyasının formalaşdırılması və peşə yönümlü fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsidir.

 

Məlumat üçün bildiririk ki, TRİZ-in (İxtira məsələlərinin həlli nəzəriyyəsi) banisi, əslən bakılı yazıçı-fantast, ixtiraçı Genrix Altşuller olub və dünyada ilk İxtiraçılıq İnstitutu Bakıda Heydər Əliyevin dəstəyi ilə 70-ci illərdə yaradılıb.

 

Müasir dövrdə "Samsung" kimi nəhəng şirkətlərdə işçilərin işə qəbulu TRİZ nəzəriyyəsinin mənimsənilməsindən sonra mümkün olur.

 

Qeyd edilməlidir ki, bu Beynəlxalq Müsabiqənin təsisçisi,160 nömrəli məktəbinin məzunu, G.Altşullerin tələbəsi, Master TRİZ Mixail Rubindir.

 

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqənin qaliblərinə, Avropa Liseyin şagirdlərini Qran-Pri əldə olunması münasibətilə təbrik edib və bu müsabiqənin gələcəkdə regionlarda geniş vüsət almasını tövsiyə edib.

 

Avropa Liseyin direktoru Zülfiyə Veysova TRİZ nəzəriyyəsinin müasir dövrdə aktuallığından məlumat verib.

Kubok TRİZ 2019 Beynəlxalq Müsabiqəsinin qaliblərini bu önəmli hadisə ilə TRİZ Developers Summit Beynəlxalq Assosiyasiyası adından NG Creators Clubun direktoru, Beynəlxalq Assosiyasiyasının Azərbaycan nümayəndəsi Natiq Əliyev təbrik edib və Təhsil Nazirliyinin bu tədbirə dəstək olmuş məsul işçilərinə təmsil etdiyi qurumun adından təşəkkürünü bildirib.

Avropa liseyinin uşaqları bu müsabiqədə Qran Pri titulunu əldə ediblər.

Eyni zamanda 160 nömrəli məktəb-liseyin məktəbliləri Diploma layiq görülüb.

 

Ali Təhsil Müəssisələri arasında Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev və akademiyanın dekanı Toğrul Kərimli xüsusi Diplomlarla mükafatlandırılıb.

 

Regionlarda Balakən (Diplom), Lənkəran, İsmayıllı, Ucar, Qobustan təhsil müəssisələrinin məktəbliləri iştirak edib. Onlara Sertifikatların müvafiq qaydada yerlərdə təqdim olunması gözlənilir.

 

Xüsusilə Qobustan rayonu, Mərəzi şəhərinin Çernyayevski adına 1nömrəli məktəb qeyd edilməlidir. Burada TRİZ və Pedaqoqika sahəsində pilot layihəsininn təşkili təklif olunur.

 

Tədbirin sonunda təşkilatçılara təşəkkürnamələr təqdim edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...