"Əsir-girovların azad olunması ilə bağlı davamlı səylər göstərilir"
Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib.
Nazir Elmar Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir, saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq, bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkib.
Peter Maurer öz növbəsində BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.
Sonra BQXK-nin prezidenti QH-nin Zirvə Görüşünə dəvət edilməsinə görə təşəkkürünü bildirərək, BQXK-nin Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu dilə gətirib.
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi