Üç məktəblisi beynəlxalq yarışlarda qızıl medal qazanıb

16:21 05-11-2019 | icon 480 | Təhsil
Üç məktəblisi beynəlxalq yarışlarda qızıl medal qazanıb

Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda uğur qazanıblar.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Versus.Az-a verilən xəbərə görə, 20 nömrəli məktəb-liseyin III sinif şagirdi Nilufər Oruclu Gürcüstanda  gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

 

Paytaxtdakı 202 nömrəli tam orta məktəbin X sinif şagirdi Fidan Musayeva karate idman növü üzrə 63 kiloqram çəki dərəcəsində Makedoniyada keçirilən XI Avropa çempionatında qalib gəlib. F.Musayeva qızıl medal və diploma layiq görülüb.

 

71 nömrəli tam orta məktəbin IV sinif şagirdi Osman Osmanov cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə 24 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qalibiyyətinə görə məktəbli qızıl medalla təltif olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...