ALIYEV CABBAR: "713-lə Laçına doğru"

07:14 06-11-2019 | icon 1266 | Şəhidlər və şahidlər
ALIYEV CABBAR: "713-lə Laçına doğru"

"Zabit yeri yox idi, dedim ki, sıravi kimi göndərin"

 


 

1992-ci il 18 mayda Laçının işğalından sonra hamı kimi biz də öz yerimizdən didərgin düşüb Bakıya Qaradağ rayonunun Sahil qəsəbəsinə gəldik. Mən bunu qəbul edə bilmirdim. Qalmağa yerimiz də yox idi. Bizim kəndin əhalisini Sahil qəsəbəsində internat məktəbində yerləşdirdilər. Eşitdim ki Вünyad Sərdarovda Laçını azad etmək üçün könüllülər yığırlar. Ertəsi gün ora yollandım. Hərbi geyimdə iki kişi və iki gadın oturmuşdu. Mən hərbi biletimi onlara uzatdım. Hərbi biletimə baxıb mənə dedilər ki, boş zabit yerimiz yoxdur. Dedim ki, sıravi kimi göndərin. Beləcə forma verdilər.

 


Səhərisi gün kəndimizdən Şəmi, Akif, Mirələm, Şükür də gəlib könüllü yazıldılar. Onu da qeyd edim ki onlar hamısı Sahil qəsəbəsində yaşayırdılar. Elə həmin gün məni 3-cü vzvoda komandir təyin etdilər. Bizi Üçtəpə təlim düşərgəsinə gətirdilər. Bir kapitanı bizə rota komandiri kimi təyin etdilər. Ancaq o bizə demək olar ki heç bir hərbi təlim keçmədi. Üçtəpədə olduğumuz müddətdə bir neçə komandir rota dəyişdi ki, onların komandirliyi hiss olunmadı. Biz özümüz vzvodlara təlim keçirdik. Silahımız yox idi. Ona görə mən fiziki hazırlığa çox üstünlük verirdim. Sovet ordusunda mən xüsusi təyinatlı dağ motoatıcı alayında xidmət etmişdim. Dağlıq yerlərdə döyüşmək üçün yüksək fiziki hazırlıq lazımdır.


Biz burada 20 günə qədər təlim keçdik. Bu vaxt ərzində 3-cü vzvoddan 176 nəfər gəlib getdi. Ancaq biz cəbhəyə gedəndə 3-cü vzvodun şəxsi heyəti 22 nəfər idi. Həmin vaxt 3-cü vzvodun şəxsi heyəti təxminən belə idi:


1.İsmayılov Mikayll
2.Rəhimov Camal
3.Fərmanov Sədi
4.Mustafayev Elşən
5.Dadaşov Mirələm
6.Ağayev Mehman
7.İsmayılov Şaməddin
8.Cəlilov Mahmud
9.Əzizov Əzizağa
10.Alıyev Ehtiram
11.Alxanov Asəf
12.İsgəndərov Rövşən
13.Həsənov Əfilağa
14.İbrahimov Sahib
15İbrahimov Polad
16.Cəfərov Şükür
17.Bayramov Oruc
18.Nuriyev Zöhrab
19.İsayev Asim
20.Niftalıyev Ağasəf
21.Qurbanov Akif
22. Məmmədov Asif.....

 

...Biz təlim mərkəzində iki dəfə avtomatdan atış keçirdik. Cəbhəyə getmək yaxınlaşırdı. Orada kapitan rütbəsində olan birisi dedi ki, mən hərbçi deyiləm, uşağım xəstədi, ona görə mən cəbhəyə gedə bilməyəcəm.


İyun ayının 13-də bizi keçmiş "Spartak" stadionuna gətirdilər. Müdafiə Nazirliyindən bir polkovnik gəlib çıxış etdi və baş leytenant İsgəndərov Rəhmanı bizə təqdim etdi.


Biz sonra Bünyad Sərdarova gəlib hazırlaşmağa başladıq. Bu zaman mən dedim ki, bu gün ayın 13-dür. Bir qədər müzakirədən sonra Alış dedi ki gecə saat 2-də çıxırsınız. Kim istəyir getsin evə, axşam saat 11-12 də burda olsun.


Yaxınlıqda park var idi. Saat 11-dən görüşməyə gedənlər yığışmağa başladılar. Həmin vaxt mən insanların hərbi formada olanlara necə mehribanlıq göstərmələrinin canlı şahidi oldum. Və biz axşam yol adüşüdük....

 

"QİSAS HİSSİ İLƏ MUROVU PİYADA ƏZMLƏ QALXIRDIQ"

 

....Burada çayın kənarında bir kafe var idi. Butün 1-ci rota burada günorta yeməyini yedi. Kafenin müdiri heç kimdən pul almadı.Doğrusu bu mənə təəccüblü gəldi ki bu gədər adam yemək yedi, heç kimdən pul almadı. Sonra mənə məlum oldu ki, bunların hamısı starşina Yusifin işi imiş.


Komandirimiz İsgəndərov Rəhmanın əmri ilə piyada Murov dağına qalxmağa başladıq. 3-cü vzvod sıraya düzülüb mahnı oxuya-oxuya dağı qalxmağa başladı. Hamı həvəslə yoxuşu yorulmaq bilmədən irəlləyirdi. Diqqətlə bu döyüşçülərə baxdıqda onların gözlərində kin, qəzəb və sevinc hiss olunurdu. Kin və qəzəb düşmənə qarşı köklənmişdi, sevinc isə torpaqlarımızı azad etmək üçün bir yerə cəm olmağaımızın, bir məqsəd uğrunda toprlanmağımızın görüntüsü idi. Hamı qisas hissi ilə əzmlə Murovu qalxırdı...


....Təxminən bir saat piyada getmişdik ki, kamaz maşını gəldi və biz ona minib Murov dağını aşdıq. Bir neçə kənd gəlmişdik ki, 701-ci briqadan bizim üçün gondərilən maşınlara minib Qılınclı kəndinə briqadanın ştabına gəldik. Burada bir xeyli vaxt galdıqdan sonra bizi zil maşınlarla yola saldılar. Həmin vaxt bizə bir nəfər mayoru da təqdim edib bildirdilər ki, bu zabit sizin həbi hissənin komandiridir. Bu mayor Əhmədov Süleyman idi. Biz gecənin qaranlığında sərt dolanbac yollarla tanımadığımız istiqamətdə yoıa düşdük...

(ardı var)

 

İGİD TEYMURLU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin