Qaliblərimiz Azərbaycanı "Dünya Robot Olimpiadası"nda təmsil edibıər

11:13 14-11-2019 | icon 434 | Təhsil
Qaliblərimiz Azərbaycanı "Dünya Robot Olimpiadası"nda təmsil edibıər

Heydər Əliyev Mərkəzində "İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilən “III Robot Olimpiadası”nın qalibləri Macarıstanın Gyor şəhərində “Dünya Robot Olimpiadası”nda Azərbaycanı təmsil edib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Versus.Az-a verilən məlumata görə, 73 ölkədən 450 komandanın iştirak etdiyi turnirə Bakı Modern Təhsil Kompleksi 13-15 yaş üzrə Azərbaycan “Regular Junior” kateqoriyası, Xəzər Universiteti 16-19 yaş üzrə “Regular Senior” kateqoriyası və Bakı Ali Neft Məktəbi 16-19 yaş üzrə “Open Senior” kateqoriyasından ibarət 3 komanda ilə qoşulub.

 

Bakı Modern Təhsil Kompleksi 96 komanda arasında 76-cı yerə, Xəzər Universiteti 83 komanda arasında 33-cü yerə və Bakı Ali Neft Məktəbi 34 komanda arasında 15-ci yerə layiq görülüb.

 

Qeyd edək ki, Azərbaycan 2017-ci ildə Dünya Robot Olimpiadası Assosiasiyasının həqiqi üzvü seçilib. Yeniyetmə və gəncləri əhatə edən və dünyanın ən böyük robototexnika yarışması olan “Dünya Robot Olimpiadası” 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən bu olimpiadada 12 ölkə iştirak edib, hazırda bu say 70-i keçib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...