Bir məsul şəxsə xəbərdarlıq, 7 nəfərə isə töhmət verilib

14:07 14-11-2019 | icon 677 | Təhsil
Bir məsul şəxsə xəbərdarlıq, 7 nəfərə isə töhmət verilib

Bu ilin oktyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 28 müraciət daxil olub.

 

Təhsil Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Saatlı, İsmayıllı, Astara, Ağdaş, Samux, Ağsu, Biləsuvar və Yevlax rayonlarından daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

 

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri 19, 31, 85 və 261 nömrəli tam orta məktəblərində, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində və 33 nömrəli tam orta məktəbdə, Astara rayonu Şahağacı kənd 2 nömrəli məktəbdə, Samux rayonu Alabaşlı kənd tam orta məktəbində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb.

 

Fəaliyyətində nöqsanlara yol vermiş məsul şəxslərdən birinə yazılı xəbərdarlıq, yeddi nəfərə isə töhmət verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...