BSU-nun professoru “İlin Ən Yaxşı PR Mütəxəssisi” seçilib

17:31 18-11-2019 | icon 416 | Təhsil
BSU-nun professoru “İlin Ən Yaxşı PR Mütəxəssisi” seçilib

Bakı Slavyan Universitetinin professoru “İlin Ən Yaxşı PR Mütəxəssisi” seçilib.

 

Bu barədə Versus.Az-a BSU-nun Mətbuat xidmətindən bildilib.

 

Məlumatda qeyd edilir ki, Türkiyə Respublikasında üçüncü dəfə keçirilən Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları təntənəli mərasimində mükafatlar sahiblərinə təqdim edilib. Qaliblər sırasında Bakı Slavyan Universitetinin professoru, Jurnalistika kafedrasının müdiri, Əməkdar jurnalist Şəlalə Həsənova “İlin Ən Yaxşı PR Mütəxəssisi” mükafatına layiq görülüb.

 

İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkil etdiyi ənənəvi tədbirdə hər iki ölkənin sənət, siyasət, iqtisadiyyat, elm, incəsənət, media və digər sahələrdə qazandıqları nailiyyətlərə görə tanınmış simalar bir araya gələrək mükafat sahibləri kimi icitmaiyyətə təqdim olunublar. “Məqsədimiz iki qardaş ölkənin ən yaxşılarını bir arada tutaraq bütünlüyümüzü və birliyimizi bütün dünyaya yaymaqdan ibarətdir” – gecənin təşkilatçıları Atakan Taşur və Hülya Ağasoy açılış nitqində bu fikri önə çəkiblər.

 

Tədbirdə Azərbaycanın İstanbuldakı Konsulluğunun məsul şəxsləri iştirak ediblər.

 

“Bir millət, iki dövlət” şüarı ilə təşkil olunan tədbir hər iki ölkə tərəfindən canlı yayımlanıb, Türkiyənin xəbər proqramlarında və saytlarında geniş işıqlandırılıb.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...