"ATƏT zamanın sınağından uğurla keçib"
ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır.
Versus.Az xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri və ATƏT-in hazırkı sədri Miroslav Layçak ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasının iştirakçılarına ünvanlanmış müraciətində deyib.
M.Layçak bildirib ki, dünyada təhlükəsizlik üzrə inklüziv və hərtərəfli regional təşkilat olaraq ATƏT zamanın sınağından uğurla keçib:
“Təşkilatın əsasını norma, prinsip və öhdəliklərin toplusu təşkil edib. Həmçinin təşkilat vəziyyətə uyğunlaşmağa və inkişaf etməyə davam edən praktik vasitə və mexanizmlərə malikdir. ATƏT-in prinsip və öhdəlikləri münaqişələrin qarşısının alınması və bütün ATƏT regionunda sabitliyin möhkəmləndirilməsi üzrə işimizin mərkəzində dayanmalıdır”.
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi