"Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub"

14:13 27-12-2019 | icon 429 | Qarabağ
"Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub"

Dağlıq Qarabağın Azərbaycanlı İcması erməni tərəflə görüşə həmişə hazır olub.

 

Versus.Az xəbər verir ki, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

 

İcma sədri bildirib ki, 2019-cu ildə qurum bu barrədə dəfələrlə müraciətlər etsə də, qarşı tərəf cavab verməyib:

"Biz dəfələrlə bu barədə müraciətlər etmişik. Təəssüf ki, 2019-cu il ərzində cavab almamışıq. Bu da erməni icmasının boyunduruq altında qalmasının göstəricisidir. Onlar qondarma rejimdən asılıdırlar. Çox güman ki, onların arasında azərbaycanlılarla bir yerdə yaşamaq istəyi olanlar var, lakin həmin şəxsləri boğurlar, sıxırlar.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması erməni icmasını danışıqlara çağırdıqdan sonra jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu, lakin erməni tərəf bunu şou elədi, təxribat xarakterli bəyanatlar verdilər. Bu da onu göstərir ki, qondarma rejimin nümayəndələri, təcavüzkar Ermənistan rəhbərliyi bu məsələdə maraqlı deyillər. Biz onlarla bir yerdə yaşamaq istəyirik".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...