Müsavat AKM-in "mühacir alveri" bitməmiş, insan alveri qalmaqalı başladı

11:27 30-01-2020 | icon 467 | Siyasət
Müsavat AKM-in "mühacir alveri" bitməmiş, insan alveri qalmaqalı başladı

"İndi yazsam, deyәcәklәr ki, deputat olacaqdıq, Yafәz gündәmi dәyişdi, imkan vermәdi"

 

Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) cinayәt işindәki әn iyrәnc mәqam insan alveridir.

 

Versus.Az xəbər verir ki, bunu Avropada yaşayan jurnalist Yafəz Əkrəmoğlu özünün "Facebook" profilində yazıb.

 

Jurnalist iddia edir ki, Şәrqi Avropa ölkәlәrindәki kasıb ailәlәrdәn gözәl qızları ucuz qiymәtә alıb, onları Almaniya vә başqa Avropa ölkәlәrindәki əxlaqsızlıq yuvalarına baha satırmışlar:

"Bu da daxil AKM-dәki cinayәt tәrkibli bütün әmәllәr bir yerdәn idarә olunub. İstәr miqrant, istәr insan alverlәri, elәcә dә digәr cinayәtlәrdәn qazanılan pullar ortaq şәkildә bölünüb. Seçki prosesi olmasaydı, hәr şeyi detallı yazacaqdım. Kimә nә qәdәr çatır. İndi yazsam, deyәcәklәr ki, deputat olacaqdıq, Yafәz gündәmi dәyişdi, imkan vermәdi".

 

Xatırladaq ki, ötən ilin noyabrında Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

 

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək