"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

20:43 25-02-2020 | icon 1209 | Siyasət
"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

Əlisahib Hüseynov: "Ermənilərin faşizmə, terrora meylli olduğunu dünyanın diqqətinə çatdırmaq vəzifəsi bizim üzərimizə düşür"

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) mərkəzi qərargahında Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

 

DADP-ın Mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən partiyanın sədr müavini Telman Mirzəyev Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsinin qan yaddaşımızın daim oyaq qalması və gənc nəslin Xocalı soyqırımı ilə bağlı əsl həqiqətləri bilməsi baxımından vacibliyini qeyd edib.

 

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynov öz çıxışında tarixi düşmənimiz olan ermənilərin Xocalı soyqırımını milli ədavət zəminində və öz qəsbkarlıqlarına haqq qazandırmaq məqsədilə törətdiklərini vurğulayıb. Partiya sədri bildirib ki, Xocalı faciəsi sıradan bir müharibə faktı deyil, gerçək mənada soyqırımdır. Ermənistanın terrorçu dövlət olduğunu xüsusi vurğulayan Ə.Hüseynov erməni səhra komandirlərinin 1992-ci il fevralın 26-da Xocalının dinc sakinlərini kütləvi şəkildə qırğına məruz qoymasını “əsrin cinayəti” adlandırıb. O, qeyd edib ki, 28 il bundan öncə Xocalıda baş verən dəhşətli qətliamın dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün Bakıda ayrıca olaraq "Xocalı şəhərciyi" yaradılmalı, erməni faşizmi əyani faktlarla ifşa olunmalıdır. DADP sədri vurğulayıb ki, ermənilərin faşizmə, terrora meylli millət olduğunu dünyanın diqqətinə çatdırmaq vəzifəsi məhz bizim üzərimizə düşür.

 

Anım təbirində çıxış edən Qarabağ qazisi Ruzgar Əliyev, DADP sədrinin müavinləri Elşad Əliyev və Zəhra Aslanova, DADP sədrinin müşavirləri Esmira Şükürova, Nail Bağırzadə, Südabə Babazadə, ictimai fəallar Gülsüm Adilqızı, Kamran Orucov, Məzahir Təhməzov, Cəfər Abdullayev və digər natiqlər Xocalı soyqırımını törətdiyinə görə Ermənistanın sabiq prezidentlərinin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu, həmçinin Xocalı faciəsinin qisasının döyüş meydanında alınmasının vacibliyini vurğulayıblar. Azərbaycanın güclü orduya malik olduğunu qeyd edən çıxışçılar Qarabağın tezliklə düşməndən azad ediləcəyinə inamlarını ifadə ediblər.

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək