“Amalımız Türkiyə və Azərbaycanı gücləndirməkdir”
“Biz bu gün kənd təsərrüfatı ilə bağlı bir çox məsələləri müzakirə etdik, bu sahədə də çox böyük potensial var”.
Versus.Az xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, təhsil, təlim məsələləri də müzakirə olunub:
“Yəni gündəlik kifayət qədər geniş olub. Hər bir məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Əksinə, fikrimiz, niyyətimiz, amalımız birdir, Türkiyə və Azərbaycanı gücləndirməkdir. Fürsətdən istifadə edərək hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın Türkiyə qarşısında göstərdiyi xidmətlərdən bəhs etmək istərdim. Onun yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ həllini tapa bilmir. Yaxın tarix bunu göstərdi. Biz buna çox sevinirik. Çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, bundan sonra biz hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik. Ağır günlərdə, Allah etməsin, bir-birimizin yanında olacağıq. Sizə və qardaş Türkiyə xalqına daim rifah, xoşbəxtlik arzulayıram”.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”