Farer adalarından qeyri-adi oyun
Yerli sakinləri idarə edə bilərsiniz
Farer adalarının Ticarət və sənaye nazirliyi məsafəli turizmi təşviq etmək üçün qeyri-adi oyun yaradıb.
“Metro” xəbər verir ki, xüsusi saytda qeydiyyatdan keçən hər kəs yerli sakinlərdən birini idarə edə bilər.
Farer adaları bu təşəbbüslə öz ölkələrini turistlərə reklam edir. Qeyd etmək lazımdır ki, ölkənin vətəndaşları onları idarə edən insanların istədikləri təhlükəsiz hərəkətini yerinə yetirməyə hazırdırlar.
Onlar başlarında videokameralı dəbilqə daşıyaraq, bir növ uzaq məsafədə oturan insanın “gözləri” olurlar.
Oyunun interfeysində “önə”, “arxaya”, “yuxarı”, “aşağı” və “tullanmaq” düymələri mövcuddur.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"