Sahibsiz heyvanlarla bağlı yeni aksiya başladılıb

08:54 29-04-2020 | icon 687 | Maraqlı
Sahibsiz heyvanlarla bağlı yeni aksiya başladılıb

Azərbaycanda sahibsiz heyvanlarla bağlı yeni "Qayğı Qutusu" aksiyasına start verilib.

 


Versus.Az xəbər verir ki, Layihə təşkilatçıları dünyada bütün canlıların qayğıya ehtiyacı olduğunu bildiriblər:



“İnsanlar kimi digər canlılar da bizdən diqqət gözləyir. Biz bir neçə dəqiqəmizi ayıraraq birlikdə sahibsiz heyvanlara qayğı göstərə bilərik.
Bundan əlavə biz "Qayğı Qutusu" komandasına könüllü kimi də qoşularaq və ya öz "Qayğı qutu"muzu əldə edərək sahibsiz heyvanların xilaskarı ola bilərik!

 

"Qayğı Qutusu"  nədir? – sahibsiz heyvanları xilas edən bir qutudur.

Məqsədimiz: "Qayğı Qutusu"na edilən ianələr vasitəsi ilə sahibsiz heyvanlara sahib çıxaraq qayğı göstərəcəyik.


Qutulara itlərin və pişiklərin, quşların yeyə biləcəyi, onların sağlamlığına və orqanizminə zərər yetirmiyəcək qidalardan yardım etmək lazımdır.
Sahibsiz heyvanlar üçün şokolad, göbələk, şəkərli, duzlu, istiotlu məhsullar, sümüklü balıqlar zərərlidir. İanələriniz zamanı bunları nəzərə almağınızı xahiş edirik.İanələrinizi daha çox xüsusi heyvan qidaları vasitəsi ilə etməyiniz tövsiyə olunur”.

 

Layihəyə könüllü kimi qoşulmaq istəyənlər, "Qayğı qutusu"nu əldə edib öz obyektində yerləşdirərək, dəstək ola bilərlər. Bunun üçün həmin şəxslər www.qaygiqutusu.com internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilər. Həmçinin Facebook və Instagram (@qaygiqutusu) vasitəsilə müraciətlər qəbul olunur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı