TƏKLİF: "Mədəniyyət nazirimiz Əlisahib Hüseynov olsun"
Telman Mirzəyev: "O, milləti və dövləti hədsiz məhəbbətlə sevən vətənpərvər bir ziyalıdır"
"Baxıram indi hamı mədəniyyət naziri postuna namizəd axtarır və ya öz namizədini irəli sürür. Mən isə ölkəmizin Mədəniyyət naziri postuna Qarabağ qazisi, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahıb Hüseynovun namizədliyini təklif edirəm".
Versus.Az xəbər verir ki, bunu DADP sədr müavini Telman Mirzəyev "facebook" hesabında yazıb.
T.Mirzəyev hesab edir ki, heç də hər insan mədəniyyət naziri ola bilməz:
"Bunu Əbülfəz Qarayev təcrübəsindən də gördük. Əlisahib Hüseynov isə milləti və dövləti hədsiz məhəbbətlə sevən vətənpərvər bir ziyalıdır. Əlisahib Hüseynov partiya sədri olaraq indiyə qədər bir çox mədəniyyət adamlarına xüsusi diqqət və qayğı ilə yanaşıb. Düşünürəm ki, özünü ədəbiyyat və mədəniyyət adamlarının dostu və hamisi kimi tanıtmış Əlisahib Hüseynov nazir görəvində də həm Prezident İlham Əliyevin etimadını, həm də mədəniyyət sferasının bütün nümayəndələrinin ümidlərini doğruldacaq".
T.Mirzəyev bildirdi ki, sabiq nazir Əbülfəz Qarayevin bərbad günə qoyduğu mədəniyyət sahəsinin dirçəldilməsi üçün Ə.Hüseynovda kifayət qədər bacarıq, savad və potensial var:
"Odur ki, mən təkcə öz adımdan deyıl, həm də təmsil olunduğum Demokratik Azərbaycan Dünyası Partiyasının çoxsaylı üzvləri adından, ziyalılarımız adından cənab Prezidentə müraciət edərək Hüseynov Əlisahib Vəli oğlunun Azərbaycan Respublikası Mədəniyyət naziri vəzifəsinə təyin edilməsini təklif edirəm. Mədəniyyətimizi terrora məruz qoymuş bir şəxsi fədakar və milli ruhlu bir ziyalının əvəz etməsinin tam zamanıdır".
LƏMAN
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"