Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradılıb

11:32 26-05-2020 | icon 903 | Mədəniyyət
Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış yazıçı, damaturq, ədəbiyyatşünas, tərcüməçi, dirijor, əməkdar incəsənət xadimi, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmə istifadəyə verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məlumatında bildiriblər.

 

"Azərbaycan klassik realist dramaturgiyasını dolğun məzmunlu dram əsərləri ilə zənginləşdirən, nəsr əsərləri ilə şöhrətləndirən Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində mühüm rolu  olan şəxsiyyətlərdəndir. O, həm Azərbaycan dramaturgiyasını və bədii nəsrini, həm də satirik publisistikanı yeni və orijinal mövzularla zənginləşdirilib. Özbək dilində istifadəyə verilmiş “Abdurahimbek Haqberdiyev” adlı bölmədə ədibin həyatı, yaradıcılığı, yaratdığı əsərlər, bütövlükdə ədəbi fəaliyyətinə nəzər salınıb və bu haqda məlumatlar öz əksini tapıb.

Bundan başqa, bölmədə Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycanın Şuşa şəhərində səhnəyə qoyduğu əsərlər haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalında Haqverdiyevin dərc edilən hekayə və felyetonları ona şöhrət qazandırır".

 

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə görkəmli yazıçı, dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim “Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında”  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar il ərzində Özbəkistanda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb.

 

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, xüsusi ilə də Əbdürrəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcəkdir.

 

Vikipediyada özbək dilində yaradılmış Əbdürrəhim bəy Haqverdiyev haqqında bölmə ilə

https://uz.wikipedia.org/wiki/Abdurahimbek Haqberdiyev 

linkində tanış olmaq mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...