"Siqaret çəkənlərin koronavirusa tutulma "şans"ı azdır”

07:57 03-06-2020 | icon 310 | Maraqlı
"Siqaret çəkənlərin koronavirusa tutulma "şans"ı azdır”

İsrail alimləri siqaret çəkənlərdə koronavirus riskini öyrənmək məqsədilə 3 milyon insan arasında COVİD-19 testindən keçənlərin nəticələrini yoxlayıblar. 

 

Versus.Az xəbər verir ki, “Daily Mail” ölkənin ən böyük tibbi xidmət təminatçısı olan “Clalit Health Services”ə istinadən xəbər verir ki, testdən keçən 114500 pasientin cəmi 4537 nəfərində nəticələr müsbət olub.

 

Doktor Ariel İsrailin rəhbərlik etdiyi tədqiqatın nəticəsinə görə, nikotin həvəskarlarının koronavirusa tutulma "şans"ı, demək olar ki, iki dəfə az olub.

 

Tədqiqat qrupunun rəhbəri araşdırmaların nəticələrini "heyrətamiz" adlandıraraq siqareti koronavirusa qarşı "əsl qoruyucu effekt" kimi qiymətləndirib.

 

Qeyd edək ki, nikotinin koronavirusa təsirilə bağlı israilli həmkarları ilə razılaşmayan elm adamları da var.

Məsələn, Çin və İngiltərədə alimlər hesab edirlər ki, siqaret çəkənlər koronavirusa yoluxsalar, bu xəstəliyi siqaret çəkməyənlərə nisbətən daha ağır formada keçirərlər. Onlar keçirdiyi tədqiqatlar zamanı İsrail alimlərinə nisbətən az nümunələrdən istifadə etsələr də, öz fikirlərində israrlıdırlar. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...