75 yaşlı qadını zorladı, döydü və qarət etdi - VİDEO

09:08 03-06-2020 | icon 655 | Maraqlı
75 yaşlı qadını zorladı, döydü və qarət etdi - VİDEO

REN TV-nin məlumatına görə, dəhşətli hadisə Rusiyanın Saratov vilayətində qeydə alınıb. İstintaq komitəsi artıq 39 yaşlı şübhəlinin saxlanıldığını bildirib.

 

Məlumata görə, gecə dələduz təqaüdçünün evinin qapısını döyərək özünü kommunal xidmətin əməkdaşı kimi təqdim edib və sayğacı yoxlamaq istədiyini deyib. Nənə qapını açdıqda isə o, qadını itələyərək evə soxulub.

 

“Mənzildə o, qadına təcavüz edib. Bundan sonra mətbəxdən bıçağı götürərək, pul tələb edib. Zərərçəkən ona 450 rubl (10,8 AZN) verib, ancaq bu ona kifayət etməyib”, - deyə qurumdan bildirilib.

 

Şübhəli nənənin boğazından, çənəsindən bıçaqlayıb, başqa əşyalarla başına vurub. Qadın yerə yıxıldıqda isə gecə lampasının naqili ilə boğmağa başlayıb. Nənə ona 3 min rubl (72,6 AZN) verdikdən sonra kişi şkafları eşələməyə başlayıb, ancaq heç nə tapmayıb.

 

“Bundan sonra o, zərərçəkənin telefonunu və evin açarını götürüb, pərdə və çarpayıya od vurub, qapını çöldən bağlayaraq hadisə yerini tərk edib. Xoşbəxtlikdən qadın özünə gələrək evdən çıxa bilib və qonşulardan kömək istəyib. Bundan sonra təcili yardım briqadası və polis çağırılıb”, - deyə müstəntiqlər bildiriblər.

 

Şübhəli isti izlərlə saxlanılıb. Ona qarşı təcavüz və qarət ittihamı irəli sürülüb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...