Dalğalar kişinin maşınını dənizə apardı.
“Daily Mail”in məlumatına görə, hadisə İngiltərənin Kent qraflığında baş verib.
Məlumata görə, hadisəyə səbəb kişinin hidrosikli çıxarmaq üçün maşını suyun lap kənarına verməsi olub. Bu an dalğa avtomobili dənizə aparıb. Kişi dərhal maşının dalınca düşüb, yaxınlıqda olanlar da ona köməyə gəlib.
“Xilasetmə əməliyyatı” uğurla başa çatıb. Bununla bağlı yayımlanan kadrlar bir neçə saat içində milyonlarla baxış toplayıb.