Narkotik asılılığından qurtulan gəncin zərərli vərdişdən əvvəlki və sonrakı görünüşü ilə bağlı fotoları “Twitter”də böyük maraqla qarşılanıb.
Bu barədə Lenta.ru xəbər yayıb.
Məlumata görə, gəncin xarici görünüşündəki dəyişiklik bir çox şərhçiləri heyran edib. Bəzi istifadəçilər isə fotodan ona vurulduqlarını etiraf ediblər.
Status cəmi bir neçə saat içində 100 mindən artıq bəyənmə toplayıb.
Paylaşımdan belə aydın olur ki, gənc 745 gündür ki, heç bir qadağan olunmuş maddədən istifadə etməyib.
“Elə görünürdüm ki, elə bil lənətə gəlmiş həmin vaxt ərzində ölü idim. Nəhayət ki, sağam!”, - deyə gənc bildirib.