Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

10:29 05-07-2020 | icon 2290 | Gündəm
Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Kuznetsovun özü bildirib.

 

“İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, - deyə tarixçi qeyd edib.

 

Kuznetsovun sözlərinə görə, o bu ideya üzərində uzun müddət işləyib:

“Düzünü desəm, bunu ideya da adlandırmaq düz olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir ki, müəyyən qara əllər sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada bu münaqişə barəsində hərə bir söz danışır. Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsi ilə insanlar faktlarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər”.

 

Oleq Kuznetsovun Qarabağ kanalını dəstəkləmək üçün bu linkə daxil olub “Подписаться” (abunə olmaq) düyməsini basa bilərsiz. /axar.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA