Prezident İlham Əliyevin çağırışından sonra minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək üçün müvafiq qaydada qeydiyyata alınırlar.
Baku TV-nin məlumatına görə, demək olar ki, ölkənin bütün rayonlarında da bənzər mənzərə müşahidə olunur.
Dövlət Xidmətinə elektron poçtla da müraciət edənlər var.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bu gün verdiyi açıqlamada prezidentin çıxışından sonra dörd minə qədər gəncin hərbi qeydiyyata alındığını bildirib.