Koronavirusun hamilələrə təsiri
ABŞ-ın Filadelfiya ştatının alimləri koronavirusun hamilə qadınlara təsirini araşdırıblar.
“Science Immunology” xəbər verir ki, bu məqsədlə aprel-iyun ayları arasında doğum evlərində COVID-19-a yoluxanlar müşahidə olunub. Alimlər hamilə qadınların virusa fərqli immun reaksiya göstərdikləri qənaətinə gəliblər.
Doğuşdan sonra 1 293 qadın anticisimlər üçün testdən keçirilib. Onların 6,2 faizində koronavirusa qarşı anticisim aşkarlanıb.
Lakin alimlər hələlik immunitetin irqi və etnik qruplarla necə bağlı olduğunu anlaya bilmirlər. Məlum olub ki, bəzi qadınlarda immunitet daha çox, digərlərində isə daha az inkişaf edir. Məsələn, ispan mənşəli qadınlar başqalarına nisbətən daha yaxşı qorunur – onların 10,4 faizində anticisim yaranır, qaradərili hamilə qadınların isə 9,7 faizində immunitet var.
Tədqiqatın nəticəsinə görə, ağdərili qadınların yalnız iki faizində, asiyalıların isə 0,9 faizində koronavirusa qarşı immunitet formalaşır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"