Koronavirusun da zəif yeri var
ABŞ-ın Kanzas Dövlət Universitetinin alimləri koronavirusa qarşı bir terapevtik vasitəni uğurla sınaqdan keçiriblər.
Versus.Az xəbər verir ki, bu barədə “Science Daily” elmi nəşrinin saytında məlumat verilib.
Məlum olub ki, 3CLpro olaraq bilinən 3C proteaza (proteaza - zülalları parçalayan ferment) SARS-CoV-2-nin inkişafında əsas fermentdir.
Alimlər tapılan proteaza inhibitorlarını MERS koronavirusuna yoluxmuş laboratoriya siçanları üzərində sınaqdan keçiriblər. Nəticədə, yoluxucu xəstəliyin zəif nöqtəsinə yönəlmiş terapevtik vasitə virusun yayılmasını dayandırıb.
Alimlərin fikrincə, dərmanlar dəsti yalnız MERS-in deyil, həm də insanlar arasında geniş yayılmış MERS-CoV və SARS-CoV-2 koronaviruslarının çoxalmasına mane olmağa imkan verir.
Mütəxəssislər dərmanların insanlarda təsirinin sınaqdan keçirilməsinin lazım olduğunu bildiriblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"