Qlobal istiləşmə virusları daha dayanıqlı edəcək

08:19 04-09-2020 | icon 763 | Sağlamlıq
Qlobal istiləşmə virusları daha dayanıqlı edəcək

Səthi sulara düşən enteroviruslar və başqa patogen viruslar yüksək temperatur, günəş işığı və digər mikrobların təsirindən öz fəaliyyətini itirə bilər. Bununla da onların xəstəliyi yaymaq qabiliyyəti azalır.



Lakin “Environmental Science & Technology” jurnalında öz tədqiqatlarını təqdim edən alimlər bildirirlər ki, qlobal istiləşmə virusların inkişafına şərait yarada, onları məlum dezinfeksiyaedici vasitələrə, o cümlədən xlora qarşı daha az həssas edə bilər.



Versus.az xəbər verir ki, komanda günəş işığı imitasiyası ilə və ya ondan istifadə etmədən nümunələri göl suyunda kolbalarda 10 və 30 dərəcə temperaturda inkubasiya edərək, insanın enterovirusunun dörd müxtəlif populyasını yaradıb.

 

Sonra tədqiqatçılar günəş işığını və bakteriyaların mövcudluğunu imitasiya edərək virusları istinin təsirinə məruz qoyublar. Alimlər müəyyən ediblər ki, ilıq suya uyğunlaşdırılan viruslar soyuq suya uyğunlaşdıralan vurislarla müqayisədə istidə fəallığını itirməyə daha dayanıqlıdırlar.



İsti suya uyğunlaşdırılan viruslar sərin suya yerləşdirilərkən soyuq suya uyğunlaşdırılan ştammlara nisbətən daha uzun müddət fəal qalıblar. Bundan başqa onlar xlorun təsirinə daha dözümlü olublar.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...