Qadınlar 30, 40, 50, 60 yaşından sonra necə qidalanmalıdırlar?

20:24 04-09-2020 | icon 1122 | Sağlamlıq
Qadınlar 30, 40, 50, 60 yaşından sonra necə qidalanmalıdırlar?

Qida qəbul etmə, qəbul edilən qidaların balanslaşdırılması insanın sağlm həyat tərzi sürməsi və sağlam yaşaması deməkdir. Yaş artdıqca isə insanlar qəbul etdikləri qidalara diqqət yetirməlidirlər.

Qadınlar 30 yaşlarında necə qidalanmalıdırlar?
30 yaşında olan qadınlar tərəvəzlərin qəbuluna, faydalı yağlara və təkibində dəmir olan qidalara üstünlük verməlidirlər. Bu yaşda həm uşaq böyütmək, həm də işləmək qadının enerjisini alır. Bu yaş dövründə qadınlar balanslaşdırılmçış qida və yuxu rejiminə riayət eləməlidirlər. 30 yaşlarında olan qadınlar tərkibində nişasta olan qidaları menyudan çıxarsalar yaxşı olar . Bu dövrdə qadınlar oprqanizm üçün faydalı olan yağlarla qidalanmalı və çoxlu miqdarda tərəvəz qəbul etməlidir. Bu yaş dövrlərində uşaq doğan qadınların qanında fol turşusunun miqdarı azala bilir. Bu səbəbdən də mütəxəssislər qadınlara tərkibində dəmir olan qidalarla qidalanmağı məsaləhət bilir. Bir-neçə dəfə doğan qadınlara isə D vitamini qəbul eləmək məsləhət görülür. Qırmızı ət və göyərti yemək bu yaşda olan qadınlar üçün çox faydalıdır.

Qadınlar 40 yaşlarında necə q idalanmalıdır?

40 yaşında olan qadınlar qida rasionlarından rafinə edilmiş şəkəri çıxarmalıdırlar. Bu dövrdə qadınlar orqanizmin ehtiyacı olan şəkəri karbohidratlardan, kartofdan almalıdır. 40 yaşından sonra qadınlar qidalarına daha çox diqqət yetirməlidirlər. Bu yaş dövründə qadınlar şəkərdən və tərkibində nişasta olan qidalardan uzaq durmalıdırlar. Qida rasionunda duzun miqdarının azalması da 40 yaşlı qadınlar üçün mühümdür. Çünki qadınlarda bu yaşdan sonra təzyiq xəstəliyinə tez-tez rast gəlinir. Mütəxəssislər bu yaş dövründə olan qadınlara antioksidantlar qəbul etməyi, meyvə-tərəvəz qəbul etməyi və yaşıl çay içməyi məsləhət bilirlər.
Qadınlar 50 yaşlarında necə qidalanmalıdırlar?
Bu yaş dövründə qadınlar sümük sistemlərinin qayğısına qalmalıdırlar. 50 yaşında olan qadınların qanında estrogenlərin miqdarı azalır. Bu da özünü ən çox sümük siteminə baş verən patologiyalarla biruzə verir. Qadınlar 50 yaşlarında tərkibi D, K vitamini, kalsium, maqniumla zəngin qidalarla qidalanmalıdır. Bu yaş dövrlərində qadınların həzm sistemində problemlər meydana çıxmağa başlayır. Qadınlar 50 yaşlarında yaşıl meyvələrə, ağartı məhsullarına, tərkibində probiotiklər olan qidalara üstünlük verməlidirlər.
Qadınlar 60 yaşlarında necə qidalanmalıdırlar?  
Qadın orqanizminin 60 yaşında vitaminlərə və minerallara daha çox, kalorili qidalara isə daha az ehtiyacı olur. Bu onların fiziki aktivliyinin zəif olması üçün vacib sayılır. 60 yaşlı qadınların immun sistemi zəifləmiş olur, onların orqanizmində D vitamininin miqdarı tamam azalır. 60 yaşında olan qadınlar yumurta, yağlı balıq, qara ciyər və s. qidalanmalıdırlar. Bu yaş dövründə qadınların menyusundan meyvə və tərəvəzlər, qırmızı və ya ağ şərab əskik olmamalıdır.
 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq