2021-ci ildə dəbdə olacaq RƏNG
Niderlandın məşhur boya markası “Dulux” növbəti il dəbdə olacaq populyar rəngin adını açıqlayıb.
Bu barədə “Dezeen” agentliyi məlumat yayıb.
Belə ki, 2021-ci ilin rəngi “Brave Ground” adlandırılan torpaq-bej rəngi seçilib.
Şirkət bu rəngin universal olduğunu, təbiətin gücünü əks etdirdiyini və təsadüfi seçilmədiyini qeyd edirlər.
“Torpaq-bej (“Brave Ground”) çalarlarının seçilməsində koronavirus pandemiyası böyük rolu var. Pandemiya nəticəsində insanların yaşamaq üçün prioritetləri, yaşayışı və iş şəraiti də əhəmiyyətli dərəcədə dəyişib. “Colour Futures 2021” palitrasının bir hissəsi olan torpaq-bej (“Brave Ground”) insanlara rahatlıq hissi bəxş edəcək və müsbət enerji ötürəcək”, - deyə “Dulux” şirkətinin yaradıcı direktoru Marianna Şillinqford vurğulayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"