Sosial şəbəkələrdəki “layk” və rəylər özünəinamı azaldır
Sosial şəbəkədə digər istifadəçilərin paylaşımlarını müntəzəm bəyənən və onlara rəy yazan yeniyetmə qızların özünəinamının aşağı olduğu məlum olub.
Versus.az xəbər verir ki, bu barədə araşdırmanı “Medical Xpress” dərc edib.
Araşdırmada 725 qız iştirak edib. Ekspertlər onları 10-dan 16 yaşadək müşahidə ediblər, bu müddət ərzində özləri və görünüşləri barədə fikirlərə həsr olunan altı testdən keçiblər. Onlardan, həmçinin sosial şəbədəki fəaliyyətləri barədə də soruşulub. Tədqiqat iştirakçılarının 40%-i artıq 10 yaşında “Instagram” və “Snapchat”dan istifadə edirdilər.
2 il sonra bu sosial şəbəkələrin aktiv istifadəçilərinin sayı iki dəfə artıb. 14 yaşında təqribən 95% “Facebook”, 70-80% “Instagram” və “Snapchat” istifadə edirdi.
Məlum olub ki, dostlarının paylaşımlarını bəyənməyə və rəy yazmağa vərdiş edən qızlar tədricən özünəinamlarını itirirlər.
Psixoloqların sözlərinə görə, bu özünü başqaları ilə davamlı müqayisə etməyin nəticəsidir. Eyni zamanda sosial şəbəkələrdə rötuşlanmış fotolar yeniyetmə qızlar üçün tez-tez əlçatmazlıq görünüşü yaradır.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"