Qəssab Nusret bu dəfə qəhvəsinə qızıl tozu səpdi - Fotolar
Dünyaca məşhur türkiyəli qəssab Nusret Gökçe bu dəfə qəhvəsinə qızıl tozu səpməsi ilə gündəmə gəlib.
Versus.az yerli və Türkiyə mətbuatına istinadən bildirir ki, Nusret Gökçe əvvəllər restoranlarında ətləri qızıl örtüklərə bükməsi ilə diqqət çəkirdi. Bu dəfə o, içdiyi qəhvəyə qızıl tozu səpib. Hər anını İnstaqram hesabında yayımlayan Nusret, son paylaşımı ilə yeni işinin müjdəsini verib. O, qəhvə içərkən çəkilən videosunu belə şərh yazıb: “Qızıl qəhvə. Tezliklə “coffee shop” (qəhvə mağazası) açıram”.
Qeyd edək ki, məşhur qəssabın Dubay, Abu Dabi, Doha, Mayami, Nyu- York şəhərlərində və Mikonos adasında restoranları var. Nusret hazırda Londonda yeni restoranını açmağa hazırlaşır.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"