Bu uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər
Rəna Bayramova: “Bu üç əlamətin olması şəkərin əsas klassik simptomudur”
“Adətən ailəsində, qohumlarında şəkər xəstəliyi olan, bədən kütləsi ağır olan uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər. Uşaq normal qidalanmırsa, qanda şəkərin miqdarı arta bilər”.
Bu sözləri Versus.Az-a şəkərli diabetə meyilli uşaqların müayinə və müalicəsindən danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının Pediatr Kliniki dietoloqu RƏNA BAYRAMOVA deyib.
Son zamanlar qanda şəkərin miqdarı çox olan insanların sayının artdığını vurğulayan Rəna Bayramovanın fikrincə, əslində hər belə insana şəkərli diabet xəstəsi demək də olmaz. Həkim deyir ki, qanda şəkərin miqdarının yüksək olması hələ şəkərli diabet demək deyil:
“Qida rejiminin pozulması, son zamanlar karbohidratla zəngin un məmulatlarından hazırlanan qidalardan tez-tez istifadə olunması, sürətlə həzm olunan şirniyyat məhsullarına meyilli olmaları uşaqlar arasında şəkərli diabet xəstələrinin sayının artmasına səbəb olub. Bədən çəkisinin normadan artıq olması, piylənmənin baş verməsi şəkərli diabet xəstəliyinin yaranması üçün əsas faktorlardan biridir. Şirniyyatın uşaq orqanizminə külli miqdarda daxil olması yolverilməzdir. Çalışmaq lazımdır ki, uşaqlar şirniyyatdan az istifadə etsinlər”.
Rəna xanım deyir ki, uşaqlarda şəkərli diabetə əsasən yetkinlik dövründə, orqanizmin hormonlara tələbatının artdığı bir zamanda daha çox rast gəlindiyi halda, son illərdə hətta südəmər uşaqlarda da şəkərli diabet xəstəliyinə təsadüf edilir. Məhz bu səbəbdən “diabet daha da cavanlaşıb” deyirlər. Həkim bildirdi ki, bu gün praktikada 3 yaşında, hətta 2-3 aylıq uşaqlarda şəkərli diabet aşkar olunur.
Bəs görəsən valideyinlər uşaqdakı diabet haqqında nələri bilməlidir? R.Bayramova öncə onu qeyd etdi ki, qan qlükozasının tənzimlənməsi pankreasın yaratdığı insulin tərəfindən həyata keçirilir:
“Qan qlükozası artıq olarsa, hipoqlikemiya inkişaf edir. Bilirsiz, bədəndə insulin kifayət edəcək miqdarda istehsal olunmadıqda, tip 1 diabet diaqnozu qoyulur. İrsiyyət körpələrdə tip 1 diabetin yaygın bir səbəbidir.
Onu da deyim ki, uşaqlarda şəkərli diabet daha çox valideynlərdə olan problemlərlə bağlı ortaya çıxır. Qohum nikahlardan dünyaya gələn uşaqlar arasında şəkərli diabetə daha çox rast gəlinir. Maraqlıdır ki, adətən ANA xətti ilə qohum nikahlardan doğulan uşaqlarda İKİNCİ TİP şəkərli diabet ortaya çıxır. ATA xətti ilə qohum nikahlardan doğulan uşaqlar isə daha çox BİRİNCİ tip, yəni insulin asılılığı olan şəkərli diabet xəstələri olur”.
Rəna xanımın sözlərinə görə, uşaqlarda şəkərli diabet damar tərəfindən nadir hallarda olsa belə ağırlaşmalar baş verir:
“Bununla birlikdə tip 1 diabetdə xəstəliyin başlanmasından bir neçə il sonra erkən patoloji dəyişikliklər və funksional pozğunluqlar görünə bilər. Uzunmüddətli zəif glisemik nəzarət damar ağırlaşmaları üçün ən böyük uzunmüddətli risk faktorudur. Mikrosirkular diabetik nefropatiya, retinopatiya və nevropatiyalar da daxildir. Mikroangiyopatiya tip 2 diabetli uşaqlara nisbətən tip 1 diabetli uşaqlarda daha çox görülür və tip 2 diabetdə diaqnoz qoyulduqda və ya xəstəliyin əvvəlində aşkar edilə bilər. Neyropatiya uzun müddətli diabet (≥ 5 il) və zəif nəzarət olunan (qlikozillənmiş hemoglobin [HbA1c]> 10%) olan uşaqlarda daha çox görülsə də, bu, son diabetli və kiçik yaşlı uşaqlarda da ola bilər, yaxşı idarə olunur. Makrovaskulyar ağırlaşmalara koronar arteriyalar xəstəliyi və periferik damar xəstəliyi, həmçinin İNSULT da daxildir”.
R.Bayramova uşaqlarda şəkərli diabetin əlamətlərindən də bəhs edib. Bildirib ki, problem spesifik əlamətlərlə özünü göstərir. Pediatrın sözlərinə görə, əsas əlamətlərdən biri çoxlu maye qəbul etməkdir:
“Belə uşaqlar qısa zamanda, qəfildən çox su içməyə başlayırlar. Bunun baş verməsi daha çox stress faktoru ilə bağlı olur. Məsələn, valideyn deyir ki, uşaq qorxandan sonra belə oldu. Qorxu, stress faktoru prosesin başlanmasına təkan verir. Uşaqlarda şəkərlə bağlı arıqlama qəfil baş verir. Valideyn görür ki, uşaq yeyir amma inkişaf etmir. Kəskin arıqlama, zəifləmə yaranır və bunu heç nə ilə izah etmək olmur. Eyni zamanda sidik ifrazının tezləşməsi də baş verir. Gecə sidik miqdarının artması, uşağın yerini islatması halları olur. Sidiyə çıxandan sonra alt paltarda bərkimə, ağ ləkələr yaranır. Bu, şəkərin miqdarının çox olması ilə bağlıdır. Bu üç əlamətin olması şəkərin əsas klassik simptomudur. Yəni hər bir valideyn bilməlidir ki, əgər uşaq qəfil çoxlu su içirsə, sürətlə arıqlama baş verirsə, gecələr daha çox sidiyə çıxırsa, şəkərli diabet ola bilər”.
Rəna xanım deyir ki, qış aylarında uşaqlarda şəkərli diabet daha çox aşkarlanır. Bunun əsas səbəbi isə bu fəsildə uşaqlar arasında viruslu infeksiyalara daha çox rast gəlinməsidir:
“Dalğalı virus infeksiyalarından, hepatit A-dan, qızılcadan, suçiçəyindən sonra uşaqlarda şəkərli diabet yarana bilər. Virus infeksiyaları uşaqlarda mədəaltı vəziyə daha çox təsir edir. Virus bütün orqanlara yayılır. Amma uşaqlarda mədəaltı vəzi çox zəif olduğu üçün onu daha tez, daha çox zədələyə bilir və şəkərli diabet ortaya çıxır. Pediatr və kliniki dietoloq olduğum ücün bu tip problemlər məni çox düşündürür. Əgər valideyn övladının gələcək sağlam həyatının ciddiyyətini anlamırsa, mənim vəzifə borcum onları anlatmaqdır”.
DİQQƏT!
Əziz valideyinlər, əgər övladınız şəkərli diabetdirsə, müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkimi, Kliniki Dietoloq Rəna Bayramovaya müraciət edə bilərsiniz:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (055) 254-05-03
WhatsApp: +970-567-874-745
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"