“Masonların gizli görüşləri burada baş tutub”
“Quinta da Regaleira” Portuqaliyanın ən sirli yerlərindən biridir.
Cəngavərlərin yaşadığı, sonra isə sirli görüşlərə ev sahibliyi etdiyi iddia olunan “Quinta da Regaleira” bu gün turistlərin diqqət mərkəzindədir.
Bura olan marağın ən böyük səbəbi bölgənin öz sirrini hələ də qoruyub saxlamasıdır.
Qalanın memarlıq üslubu ziyarətçiləri valeh edir. Belə ki, qala özündə qotika memarlıq nümunəsini əks etdirir və qüllə görünüşü ilə xüsusi diqqət çəkir. Strukturlar quyulardan çox yeraltı qüllələrə bənzəyir. Hətta buranı “tərs qüllə” də adlandırırlar. Qala ərazisindəki iki quyu yerin altındakı tunellərlə bir-birinə bağlıdır.
“Quinta da Regaleira” qülləsi 27 metrlik spiral pilləkənlərə malikdir. İkinci kiçik qüllə isə düz pilləkənlərdən ibarətdir. “Quinta da Regaleira” qülləsinin mərkəzinə daxil olmaq üçün yeraltı tunellərlə, 8 dəqiqəlik yol qət etmək lazımdır. Tünelin sonunda Məbəd Cəngavərlərinə məxsus bir xaça da rast gəlmək mümükündür.
Spiralvari quruluşda inşa edilmiş “Quinta da Regaleira” qülləsi, cəngavərlərin orada məskunlaşmasından sonra gizli görüşlərin keçirildiyi yerə çevrilib. “Quinta da Regaleira” qülləsində masonların müxtəlif mərasimlər və ayinlər keçirdiyi də deyilir. Bu mərasimlər arasında Tarot mistisizminin mərasimləri də yer alır.
12-ci əsrdə inşa edilmiş “Quinta da Regaleira” bu gün Sintra bölgəsini ziyarət edən turistlər üçün populyar bir məkandır. Dünya Mədəniyyət Mirasları siyahısında olan Sintra, 19-cu əsrin Romantik memarlığı ilə də məşhurdur və Portuqal mədəniyyətini müşahidə etmək üçün çox uyğun bir bölgədir. Bundan əlavə “Quinta da Regaleira”nın həyətində labirintlərin bir-birinə bağlı olduğu gizli keçidlər də var ki, bu da insanların marağını cəlb edir. Burada eyni zamanda girişdəki mağaradan bağın ən uzaq küncünə qədər gedə biləcəyiniz yeraltı keçidlər də mövcuddur var.
Qalanın ən maraqlı tərəfi keçmişdə burada baş verən sirli toplantılar barədə verilən məlumatlardır. Xüsusilə də burada vaxtilə cəngavərlər tərəfindən təşkil edilən görüşlər haqqında məlumatlar insanların marağına səbəb olur.
Səlib yürüşlərindən sonra əhəmiyyətli bir güc qazanan məbəd cəngavərləri sirr saxlamaq üzrə çox diqqətli idilər. Ona görə də onların görüşləri, davranışları haqqında məlumatlar elə də çox deyil. Lakin bu toplumun sözügedən bölgədə yerləşməsi ilə bağlı məlumatlar faktlarla sübut edilib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"