Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı

09:41 26-09-2020 | icon 691 | Maraqlı
Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı

ABŞ-ın Massaçusets ştatından olan fəhlə biyandan hazırlanan marmeladı həddindən artıq yediyi üçün ürəyi dayanıb.

 

Bu barədə məlumat “The New England Journal of Medicine” jurnalında dərc olunub. 

 

Bildirilir ki, meyvəli marmeladı sevən 54 yaşlı amerikalı, ölümündən iki həftə əvvəl şirin biyanlı konfetlərə keçib və gündə bir qutu yarım istehlak etməyə başlayıb.

 

O, “fast food” restoranında nahar edərkən qəfil huşunu itirib. Həkimlər kişinin qanında təhlükəli dərəcədə az miqdarda kalium olduğunu təyin ediblər. Onların sözlərinə görə, bu, ürək ritminin pozulmasına səbəb olub.

 

Kişi bir gün sonra xəstəxanada keçinib.

 

Tibb işçilərinin sözlərinə görə, hətta az miqdarda biyan belə təzyiqi artıra bilər. Belə ki, biyan kökündə olan qlisin turşusu bədəndə kalium və digər mineralların ehtiyatlarını kritik şəkildə azaltmaq qabiliyyətinə malikdir.

 

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) iki həftə ərzində gündəlik 55 qram biyan istehlakının, xüsusən 40 yaşdan yuxarı insanlarda ürək ritmini poza biləcəyi və ölümlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...