İblislərin “göstərişi” ilə anasının başını kəsdi

09:49 26-09-2020 | icon 631 | Maraqlı
İblislərin “göstərişi” ilə anasının başını kəsdi

MK-nın məlumatına görə, dəhşətli hadisə Rusiyanın Moskva vilayətində baş verib.

 

Bildirilir ki, 22 yaşlı gənc Ximki şəhərində 46 yaşlı anası və 66 yaşlı atası ilə yaşayıb. Hadisə günü ata öz işləri səbəbindən çıxdığı üçün evdə olmayıb. O, nahar vaxtı evə qayıdarkən yolda oğlundan zəng gəlib. Oğlu həyəcanla və dili dolaşaraq anasını öldürdüyünü deyib.

 

Kişi inanmayıb və arvadının telefonunu yığmağa başlayıb. Çağırışa cavab verən olmayanda isə polislərlə əlaqə yaradıb və qəribə zəng barədə məlumat verib.

 

Faciə yerinə polislə gələn kişi evdə dəhşətli mənzərə ilə üzləşib. Qan gölməçisinin içində olan arvadı və yanında da hönkürən oğlu.

 

Gənc ağlayaraq heç kəsi öldürmək istəmədiyini, ancaq başında olan iblislərin onu buna məcbur etdiyini təkrar-təkrar deyib.

 

Qohumlarının sözlərinə görə, gəncdə bundan əvvəl aqressiya müşahidə olunmayıb. İki il əvvəl o, ruhi sarsıntı keçirib. Bununla müstəqil başa çıxa bilmədiyindən, mütəxəssislər ona antidepressant yazıblar. Həblərin qəbulundan sonra gənc valideynlərinə səslər eşitməyə başladığını deyib.

 

“O, anasından ötrü ölürdü. Onlar heç vaxt dava etmirdilər. Başındakı iblislər olmasaydı, heç vaxt belə bir şey etməzdi”, - deyə dərdli ata bildirib.

 

Polislərin sözlərinə görə, ölüm boğulmadan və bıçaq xəsarəti şəklində yaralanmalardan olub.

 

Hadisə ilə əlaqədar “Qətl” maddəsi ilə cinayət işi açılıb.

 

Yaxın günlərdə onun psixoloji durumunu müəyyənləşdirmək üçün ekspertiza təyin olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...