Öldrdüyü insanların ətini yeyən “ağıllı qatil” haqqında qorxunc FAKTLAR F
2.6 metr boyu olan və 145 “İQ” ilə dünyanın ən ağıllı insanlarından biri sayılsa da etdikləri onu yaxşı bir insan kimi xatırlatmır.
Kemper 1948-ci ildə Kaliforniyada anadan olub. O, uşaqlıqdan şiddətin olduğu, davamlı olaraq gərginliklərin baş verdiyi bir ailədə böyüyüb. Kemper daha çox II Dünya Müharibəsi qazisi, nüvə silahlarının sınaqları ilə məşğul olan atası ilə mübahisələr edirdi.
Nifrətin hakim olduğu bu ailədə Kemperin şiddətə meylli olması məktəb illərindən ortaya çıxıb. Hələ 10 yaşında ikən bir pişiyi diri-diri yandıran Kemper, daha sonra onun üzərində müxtəlif "sınaqlar" həyata keçirməyə başlayıb.
Kemperin 15 yaşı olan zaman ailəsi dağılıb. Atası anasını tərk edib, başqa qadınla evlənib. Qardaşı evdən evdən qaçıb. Kemper də nənəsi ilə babasının yanına gəlməyə məcbur olub.
O, 27 Avqust 1964-cü ildə ilk cinayətini də elə burada işləyib. Belə ki, nənəsi ilə mübahisə edən Kemper ,ov tüfəngi ilə onu güllələyib. Daha sonra nənəsinə bir neçə bıçaq zərbələri endirib. Hadisə yerinə gələn babasını da eyni üsulla qətlə yetirib. Təbii ki, bu, 19 yaşlı bir gənc üçün olduqca ağır cinayətdir.
Həbs olunan Kemperə şizofreniya diaqnozu qoyularaq ruhi xəstəxanaya yerləşdirilib. Psixopat olduğu ortaya çıxsa da, IQ göstəricisi 145 olan Kemper bütün qeyri-adi davranışlarını gizlətməyi bacarıb. Bu səbəbdən ona “ağıllı qatil” də deyirdilər.
Kemper 1969-cu ildə 21 yaşında anasının nəzarətində qalması şərti ilə sərbəst buraxıılıb.
Sərbəst buraxılandan sonra polis olmaq istəsə də, boyunun 2 metr 6 sm olması səbəbindən bu işə qəbul edilməyib.
Anası ilə qaldığı zaman onunla da mübahisələr edən "ağıllı qatil", müvəqqəti işlərlə məşğul olmaq qərarına gəlib. Kifayət qədər pul toplayan kimi Alamedaya, öz evinə köçüb.
1972-ci ildə köhnə vərdişlərindən qurtulmayan Kemper, yenidən cinayətlər törətməyə başlayıb. Bu dəfə avtostopçu qadınları maşına əyləşdirərək onları öz evinə aparıb, işgəncələr verib, öldürüb. Cinayətlərdən bir növ həzz alan Kemper 11 aya 5 qadının həyatına son verib.
Kemper bu hadisələrdən bir il sonra isə öz anasını yatdığı yerdə öldürüb. O, anası yatdığı zaman başını çəkiclə əzib. Eyni günün axşamı, üzüldüyü üçün anasının rəfiqəsini evinə çağıraraq, onu da işgəncə ilə öldürdükdən sonra könüllü şəkildə polisə təslim olub. O, məhkəmədə öldürdüyü bəzi insanların ətini yediyini də etiraf edib. Ömürlük həbs cəzası alan Kemper həbsxanada 2 dəfə intihara da cəhd edib.
Qeyd edək ki, Kemperin həyatı Qlobal internet televiziya şəbəkəsi olan “Netflix”də “Mindhunter” serialında canlandırlıb.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"