Rusiyanın Voronej şəhərində yaşayış binalarının birinin girişində yeniyetmə oğlan orta yaşlı kişi tərəfindən hücuma məruz qalıb.
360tv.ru xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hadisəyə səbəb sındırılmış oyuncaq olub. İnsidentin əks olunduğu video sosial şəbəkələrdə yayıldıqdan sonra müstəntiqlər araşdırmaya başlayıblar.
Videodan görünür ki, kişi oğlana tərəf cumur. Əli ilə onu bərk vurduqdan sonra isə yerə yıxılan yeniyetməni təpikləyir. Binada yaşayan sakinlərdən biri deyib ki, münaqişə 48 saylı məktəbin yaxınlığında baş verib. Guya yeniyetmələrdən biri kişinin uşağının oyuncağının üstünə çıxaraq onu sındırıb.
Ata yeniyetməni binanın girişində döyüb. Qonşular yeniyetməni qəzəbli kişinin əlindən ala biliblər. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatını araşdıracaqlar.